21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

54

__________Milli Kitabxana__________

konvensiya; poçt-teleqraf konvensiyası; dəmiryolu konven-siyası

(5, s. 144).

Azərbaycan – Türkiyə əlaqələrinin 1920 – 1922-ci illərini

əhatə edən sənəd və materialların araşdırılması sübut edir ki,

müttəfiqliyin bu dövründə Sovet Azərbaycanı ilə Türkiyə arasında

diplomatik münasibətlər qurulur. Dövlətlərimiz (ADR və

Osmanlı dövləti) arasında diplomatik münasibətlər 1918 –

1920-ci illərdə də vardı. O vaxt bolşevik-daşnak hərbi birləşmələrinin

Azərbaycanda həyata keçirdikləri etnik təmizləmənin

qarşısını almış Osmanlı dövləti I Dünya müharibəsində məğlub

olmuş tərəf kimi Antanta və onun müttəfiqi olmuş dövlətlər

tərəfindən parçalandığı üçün bu dəfə özü köməyə möhtac qalır.

Ölkənin parçalanaraq Antanta ilə onun müttəfiqi olan dövlətlərin

idarəsinə keçməsini qeyd-şərtsiz qəbul etmiş Osmanlı

sultanı və onun tərəfdarlarından fərqli olaraq Mustafa Kamal

paşanın hərbi-siyasi bacarığı sayəsində vahid lider ətrafında

birləşmiş vətənpərvər qüvvələr Antanta orduları ilə bütün

cəbhələr boyu mübarizəyə qalxmış və bu mübarizədə dönüş

yarada biləcək zəfərlər çalmışdılar. Bununla belə, maksimum

səfərbər edilmiş ölkədaxili hərbi-siyasi potensialın tükənməsinin

qarşısını ala bilmək və mübarizəni qələbə ilə başa vurmaq

üçün Mustafa Kamal paşa başda olmaqla vətənpərvər qüvvələrdən

ibarət olan Türkiyə Böyük Millət Məclisi (TBMM) həm

siyasi, həm də hərbi yardıma ehtiyacı olduğunu gündəmə

çıxarır (19, s.14).

Beləliklə, 26 aprel 1920-ci ildə TBMM adından Sovet Rusiyasına

məktub göndərilir. Məktubda Sovet Rusiyasının antiimperialist

qüvvələrlə mübarizəsinin dəstəkləndiyi, Türkiyənin

də eyni cəbhədə olduğu bildirildikdən sonra, TBMM-nin antiimperialist

qüvvələrlə mübarizədə türk xalqının yeganə təmsilçisi

olduğunun tanınması və onlara hərbi yardımın göstərilməsi

xahiş edilirdi. Sovet Rusiyası TBMM-nin bu müraciətini

müsbət qarşılayır və lazım olan yardımı da göstərir. TBMM

Rusiya və Azərbaycana öz səfirini göndərsə də, nə Rusiya, nə

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!