21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

qaları dəyərli məruzələr və çıxışları ilə dinləyicilərin rəğbətini

qazandılar.

Azərbaycan MEA qonşu ölkələrə, o cümlədən də Türkiyəyə

aid bir sıra elmi problemlərə, xüsusilə də elm, təhsil və

mədəniyyət sahəsində Azərbaycan – Türkiyə əlaqələrinə diqqət

yetirərək bu istiqamətdəki fəaliyyətləri əsasən aşağıdakı təsnifatda

sistemləşdirir:

Birgə arxeoloji, etnoqrafik və dialektoloji tədqiqtlar aparmaq,

hər iki xalqın maddi mədəniyyət tarixini və ədəbi irsini

öyrənmək; tarix və arxeologiyanın müxtəlif məsələləri üzrə

qarşılıqlı məruzələr və mühazirələr təşkil etmək; həmsərhəd

ərazilər üzrə geoloji, coğrafi, hidroloji və iqlim şəraitinin tədqiqi

üzrə əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq.

90-cı illərdən etibarən inkişaf etdirilən əlaqələrimizdə Türkiyə

ilə respublikamızın elmi ədəbiyyat mübadiləsi isə aşağıdakı

kimi planlaşdırılmışdı:

Qonşu ölkənin Azərbaycandan kitab və əsərlər sifariş edən

elmi idarələrin miqdarının artırılması; kitab mübadiləsinin ekvivalentliyinin

təkmilləşdirilməsi, alınan və verilən ədəbiyyatın

miqdarının çoxaldılması; beynəlxalq kitab mübadiləsinin əhəmiyyətinin

artırılması, iqtisadi, elmi və mədəni nailiyyətlərin

bu yolla geniş təbliğinin təmin edilməsi.

Alimlərimizin əsərlərinin Türkiyədə yayılmasını və rəğbətlə

qarşılanmasını başqa misallardan da aydın görmək olar.

Belə ki, Türkiyə ilə respublikamızın ictimai elmlər üzrə də

əlaqələri diqqəti cəlb edirdi. YUNESKO-nun üzvü olan Azərbaycan

tarixi muzeyi Türkiyənin milli muzeyləri və elmi ictimaiyyəti

ilə müxtəlif formalarda əlaqə saxlayırdı. AMEA-nın

Şərqşünasliq institutunun kollektivi “Türk filologiyası məsələləri”

monoqrafiyasını nəşr etdirdi. İnstitutun şərq xalqlarının ictimai-fəlsəfi

fikrini tədqiq edən şöbəsi “Müasir türk sosiologiyası”,

“Müasir Türkiyənin inkişaf yolları haqqında türk

iqtisadçıları və sosioloqlarının fikirləri” və b. qiymətli əsərlər

yaratdılar. İnstitutun şərq dilləri şöbəsi isə “Türkcə-azərbay-

183

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!