21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

yaxın əməkdaşlıq içində olacaqdır. Bu çərçivədə, Azərbaycanın

İ.M.F.-də yer aldığı və ya alacağı bölgə qrupu konusunda,

Türkiyənin İ.M.F.-dəki təmsilçisi ən qısa zamanda Azərbaycan

rəsmilərinə məlumat verəcəkdir.

Bu razılaşma protokolu Bakıda, 29 fevral 1992-ci il, cümə

ertəsi Azərbaycan Respublikası Baş Naziri Həsən Həsənov və

Türkiyə Cümhuriyyəti Xarici İşlər Bakanı Hikmət Çətin, Türkiyə

Cümhuriyyəti Milli Egitim Bakanı Köksal Toptan, Türkiyə

Cümhuriyyəti Dövlət Bakanı Şərif Ercan tərəfindən imzalanmışdır

(158, s.89).

Türkiyə Cümhuriyyəti Milli Egitim Bakanlığı ilə Azərbaycan

Respublikası Xalq Təhsili Nazirliyi arasında təhsil məsələsində

əməkdaşlığa dair razılıq sənədi də Azərbaycan – Türkiyə

mədəni əlaqələrinə yeni-yeni töhfələr verdi (158, s.90-92).

Sənədin bəndlərindən də aşkarca göründüyü kimi, Türkiyə

Cümhuriyyəti Milli Egitim Bakanlığı ilə Azərbaycan Xalq

Təhsili Nazirliyi Türkiyə və müstəqil Azərbaycan Respublikası

arasında təhsil sahəsində əlaqələrin inkişafı ilə bağlı aşağıdakı

sahələrdə razılığa gəlmişlər:

– Orta və lisə tələbələrinin təhsili ilə bağlı qarşılıqlı

mübadilə.

– Tələbələrin təhsili ilə bağlı ikili dəyişimi (ilk etapda 100

nəfər olmaq üzrə gələcəkdə bu sayı 1000 nəfərə yüksəltmək).

– Tərəflər arasında orta məktəb müəllimlərinin bir və ya iki

aylıq staj görmələri qarşılıqlı olaraq təmin ediləcək.

– Hər iki ölkənin yüksək və orta məktəb müəllimlərinin 3

ay, 6 ay və 1 illik staj görmələri ilə bağlı qarşılıqlı dəyişimi.

– Türkiyə tərəfi Azərbaycandan gələn Azərbaycan və rus

dili və ədəbiyyatı müəllimlərini öz universitetlərində, Azərbaycan

tərəfi isə Türk dili və ədəbiyyatı müəllimlərini öz universitetlərində

müəllim olaraq görəvləndirməyi öhdələrinə götürürlər.

121

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!