21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

dıbdır”. O, bildirirdi ki, Azərbaycan Elmlər Akademiyası çox

böyük bir elm mərkəzidir. Mən çox məmnunam ki, Ankara

Universiteti Azərbaycanın Elmlər Akademiyası ilə bağlıdır.

Çünki Azərbaycanda Elmlər Akademiyası təhsillə məşğul

deyildir. Onlar elmi tədqiqatlarla məşğuldur. Buna görə də bu

əlaqələr çox əhəmiyyətli və önəmlidir.

Azərbaycanda elm adamları, elm mərkəzləri, universitetlər

Türkiyə ilə, türk dünyası ilə bağlı olan bir çox məsələlər barədə

araşdırmalar, tədqiqatlar aparırlar. Bunlar öz yerində. Mənim

təşəbbüsümlə Azərbaycanda böyük Atatürkün irsinin öyrənilməsi,

araşdırılması mərkəzi yaradılıbdır. Bu mərkəz müstəqil

bir təşkilat olacaqdır. Həm Elmlər Akademiyasının, həm də

ölkəmizin bütün universitetlərinin bu sahədə ən bilikli adamları

buraya toplaşacaqdır. Mən də – Azərbaycan Prezidenti də, bu

mərkəzin fəxri başqanıyam. Güman edirəm ki, bu mərkəz

Azərbaycan ilə Türkiyə arasında tarixi əlaqələrin nə qədər sıx

olduğunu bir daha elmi-nöqteyi nəzərdən araşdıracaq və meydana

çıxaracaqdır. Bu, geniş işbirliyi yaratmaq üçün bir daha

imkanlar verəcəkdir. Ölkəmizin başçısı vurğulamışdır ki, mən

çox məmnunam ki, sizin universitet Azərbaycan Elmlər Akademiyası

ilə birbaşa bağlıdır. Ona görə də mən arzu edirəm ki,

Ankara Universiteti mənim başqanlıq etdiyim mərkəzlə Atatürk

irsinin araşdırılması, türk xalqlarının tarixinin və tarixi birliyinin

tədqiq olunması sahəsində də iş görsün (55, s.245-248).

2001-ci ilin 27 fevralında Ankara Universitetinin Elmi

Şurası beynəlxalq münasibətlərin təlatümlü və gərgin bir

dönəmində, son dərəcə müdriklik tələb edən vəzifəsində türk

dostu kimi hər zaman Türkiyəni dəstəkləyən və hər vasitə ilə

Türkiyənin beynəlxalq aləmdəki önəmini ifadə edən, daim “Bir

millət, iki dövlət” olaraq gördüyü Türkiyə və Azərbaycan

arasındakı dostluğun inkişafı, iki ölkə arasındakı qardaşlığın

strateji müttəfiqliyə çevrilməsi sahəsindəki xidmətlərinə, böyük

dövlət adamı keyfiyyətinə və təcrübəsinə malik olduğuna,

Azərbaycanda və dünyanın ən qarışıq bölgələrindən biri olan

161

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!