21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

əlaqələrin böyük tarixi var. Biz kökü bir olan xalqıq. Bizim

tariximiz bir, dilimiz bir, dinimiz birdir. Əsrlər boyu xalqlarımız

bir-birinə oxşayan, yaxud azca fərqlənən adət və ənənələrini,

mədəniyyət və elmini qoruyub saxlamış və inkişaf etdirmişdir.

Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermişlər.

Azərbaycan ilə Türkiyə arasında əlaqələri dostluq, qardaşlıq

əlaqələri adlandırmışlar. Bu əlaqələr bir xalqdan, bir kökdən

gələn xalqların əlaqələridir. Bu, keçmişdə də belə olmuşdur və

əlaqə saxlamağa imkanımız olmadığı vaxtlarda da qəlbimizdə

məhz belə olmuşdur, indi də belə olaraq qalır. Ona görə də tariximiz,

milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi birbirimizə

sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində

bizi bir-birimizdən çox ayırmağa çalışsalar da, buna

müvəffəq olmamışlar. Odur ki, bundan sonra da heç bir qüvvə

bizi bir-birimizdən ayıra bilməyəcəkdir” (55, s. 126-127).

Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il 12-17

mart tarixlərində üçüncü dəfə Türkiyədə rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Azərbaycan – Türkiyə mədəni əlaqələrinin

müxtəlif aspektlərinə toxunan Heydər Əliyev çoxsaylı tarixi

faktlar ortaya qoyurdu. Həqiqətən də böyük öndərin çıxışlarını

təhlil etsək və əgər ölkələrimiz arasındakı mədəni əlaqələrin

inkişaf dinamikasına ardıcıl şəkildə nəzər salsaq, onun dediklərinin

tam bir həqiqət olduğu aydın görünər.

Türkiyə Respublikasının Prezidenti cənab S.Dəmirəlin dəvəti

ilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər

Əliyev 5-8 may 1997-ci il tarixlərində Türkiyə Respublikasına

ikinci dəfə rəsmi səfər etmişdir. Səfər iki ölkə arasındakı münasibətləri

daha yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri

əhatə edən 9 sənəd imzalanmışdır. Bunlardan xüsusi əhəmiyyət

kəsb edən və iki qardaş ölkənin gələcək əlaqələrinə təsir göstərən

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında

strateji əməkdaşlığın dərinləşməsi haqqında bəyannamə”

oldu.

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!