21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Azərbaycan Respublikası

Milli Məclisi üzvlərinin 2003-cü ilin dekabrında olan

görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev öz nitqində

demişdir: “Hörmətli prezident, hörmətli dostumuz və qardaşımız

Süleyman Dəmirəl. Siz dediniz ki, Türkiyənin qəlbi

Azərbaycanın qəlbi ilə döyünür. Bilirsiniz və yəqin bunu bu

gün bir daha hiss edəcəksiniz və hiss edirsiniz ki, Azərbaycanın

da qəlbi daim Türkiyənin qəlbi ilə döyünür. Azərbaycanda hər

bir vətəndaş Türkiyəyə böyük məhəbbət və sevgi hissi bəsləyir,

Türkiyənin yüksəlməsini, Türkiyənin artmasını istəyir, Türkiyənin

daha da güclü olmasını istəyir. Tütkiyənin daha da inkişaf

etməsini istəyit. Böyük sınaqlardan keçən dostluq və qardaşlıq

əlaqələri bizi məhz bu yola gətirib çıxarmışdır, bizdə

məhz belə məhəbbət və sevgi hissləri yaratmışdır. Bu hisslər

heç vaxt sönməyəcəkdir. Bunu söndürmək də mümkün deyildir.

Çünki bu, içdən gələn, qəlbdən gələn hisslərdir. Türkiyənin

Azərbaycana, onun müstəqillik əldə etməsinə və müstəqillik

yolunda ağır sınaqlardan çıxmasına etdiyi köməklərə görə mən

Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından sizə,

hömətli prezidentə, Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına

bir daha öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm”.

Sonra ümummilli lider görüş iştirakçılarına müraciətlə:

“Şükürlər olsun ki, Türkiyə televiziyasının verilişlərinə Azərbaycanda

baxılır. Bu gün biz müqavilə imzalayacağıq ki, TRT

proqramı Azərbaycanın bütün bölgələrində göstərilsin” – demişdir

(120, s.38-39).

2004-cü il noyabrın 26-da Azərbaycan Yazıçılar Birliyində

TRT-nin sədri Şenol Dəmiröz ilə görüş keçirilmişdir. Yazıçılar

Birliyinin sədri Anar cənab Şenol Dəmirözün Azərbaycan ədəbiyyatı

qarşısında böyük xidmətlərini xatırladaraq, qurumun

qərarı ilə onun Yazıçılar Birliyinin fəxri üzvü seçildiyini bildirmiş,

üzvlük vəsiqəsini qonağa təqdim etmişdir. Türkiyə vətəndaşlarının

qəlbində Azərbaycanın xüsusi yeri olduğunu deyən

Şenol Dəmiröz Azərbaycan Yazıçılar Birliyinin üzvü adını

203

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!