21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

72

__________Milli Kitabxana__________

alan azərbaycanlı tələbələrə yüksək ixtisas alıb Azərbaycana

dönməyi və xalqımıza xidmət etməyi arzulamışdır. Göstərmişdir

ki, bizim ordumuzun tələbatı bundan qat-qat artıqdır, bundan

daha da çoxdur. Biz bundan sonra da Türkiyənin yüksək

hərbi məktəblərindən istifadə edəcəyik. Azərbaycanda milli

ordunun, polisin yaradılması, yüksək səviyyəli kadrların hazırlanması

üçün sizin yardımınızdan istifadə edəcəyik. Əminəm

ki, siz bizə bu yardımı göstərməkdən imtina etməyəcəksiniz.

Sonra üzünü təhsil alan Azərbaycan övladlarına tutaraq

demişdir: “Əziz balalarımız, siz burada təhsil alıb Azərbaycana

dönəcəksiniz, Azərbaycanın ordusunda, polisində xidmət edəcəksiniz.

Əminəm ki, burada aldığınız təhsil gələcəkdə xidmət

edəcəyininz yerlərdə sizə uğurlar gətirəcəkdir. Siz uğurla çalışacaqsınınz,

xalqınıza, millətinizə və vətəniniz Azərbaycana

xidmət göstərəcəksiniz” (55, s. 188).

Türkiyənin “TRT”, “TQRT”, “Samanyolu”, “NTV” televiziya

kanallarının rəhbərləri ilə görüşdə Azərbaycan televiziyası

ilə Türkiyənin televiziya kanalları arasında əməkdaşlıqdan,

onun hələ də istənilən səviyyədə qurulmamasından, ölkəmizdə

Türkiyə televiziya kanallarına edildiyi kimi, Azərbaycan televiziyasının

verilişlərinin də Türkiyənin televiziya kanalları

vasitəsilə Türkiyədə yayılmasının Türkiyə üçün də, Azərbaycan

üçün də çox xeyirli olacağından danışdı. Türkiyə televiziya

kanalları ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının

vacibliyindən söhbət açdı. Heydər Əliyevin Türkiyəyə ikinci

rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji əməkdaşlığın

dərinləşdirilməsi barədə bəyannamə qəbul edilmişdir. Görüşün

nəticəsi kimi bundan əlavə daha 8 sənəd imzalanmışdır. Ümumiyyətlə,

bu səfər də daxil olmaqla Azərbaycan ilə Türkiyə

arasında 50-yə yaxın sənəd imzalanmışdır ki, onlar da iki ölkə,

dövlət arasında olan əlaqələrin hüquqi-normativ əsaslarını

yaratmışdır (55, s. 195-202).

2000-ci ilin sentyabr ayında Bakıda Dünya Türk Gənclər

Birliyinin X qurultayı və Gənclik Günləri keçirilmişdir. Həmin

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!