21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

88

__________Milli Kitabxana__________

arasındakı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə; Türk

Cümhuriyyətləri təhsil bakanları ilə bəzi Türk topluluklarının

təhsil təmsilçiləri 16-23 may 1992-ci il tarixləri arasında Ankarada

toplanmışlar. Təməl olaraq “təhsilin” mövzu edildiyi II

konfrans isə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmişdir.

Həm I və həm II təhsil konfransları nəticəsində alınan qərarlar

gərəyincə bəzi çalışmalar yapılmışdır. Bu əlaqə müddətinin davam

etdirilməsi məqsədilə III bir konfransın keçirilməsi zərurəti

ortaya çıxmışdır, Milli Egitim Bakanlığı strukturunda keçirilməsi

düşünülən üçüncü bir konfransın hazırlıq çalışmaları

başladılmışdır. Əlavədəki hesabatlar Təlim və Tərbiyə Təşkilatı

Türk Cümhuriyyətləri və Türk Topluluqları Dairəsi tərəfindən

koordinasiya edilən 7 alt komissiya tərəfindən 29 mart-22

aprel tarixləri arasında hazırlanmışdır (159, s.121).

Ortaq nəşr və mədəniyyət birliyi komissiyasının hesabatında

deyilir ki, Türkiyə ilə Türk Cümhuriyyətləri və topluluqları

arasında başladılan əməkdaşlığı inkişaf etdirmək məqsədilə

ortaq çalışmalar görülməkdədir. Bu sahədə təhsil və mədəniyyət

sahəsində də bir sıra müştərəklərə vara bilmək məqsədilə

çalışmalar davam etdirilməkdədir. I və II Təhsil Konfransları

bu sahədəki fəaliyyətləri sürətləndirmək üçün tərtib edilən protokollara

əlavələr etmişdir.

Sadəcə təhsil və mədəniyyət əməkdaşlığının deyil, bütün

məsələlərdəki yaxınlaşmaların həyata keçirilməsi üçün dil və

nəşr birlikdəliyinin gerçəkləşdirilməsi qaçınılmazdır. Yayın yoluyla

mədəniyyət birliyinə vaqif olan toplumların digər sahələrdə

müştərək məqsədlərə uyğun çalışmalar yapması əlbəttə ki,

daha asandır.

Türk Dünyasının düşüncə bazasında birlikdəliyin təmin

edilə bilməsi, maddi və mənəvi bütün mədəniyyət dəyərlərini

eyni sevgiylə qucaqlaya bilməsi üçün xəbərləşmənin hər cür

vasitəsinin dərhal istifadəyə verilməsi qaçınılmaz bir zərurətdir.

Burada səsli və görüntülü yayınların təsirinin daha önəmli

olduğu açıqca görülməkdədir. Ancaq bunların mətbu yayınlarla

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!