21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

baycana səfər etdi. Səfər zamanı o, Azərbaycan prezidenti, Milli

Məclisin sıdri ilə görüşdü, parlamentdə çıxış etdi və S.Dəmirəlin

məktubunu Azərbaycan prezidenti H.Əliyevə çatdırdı.

Müzakirələrdə türk dövlətlərinin parlamentlərarası məclisinin

yaradılması zəruriliyi göstərildi.

1997-ci il mayın əvvəlində Azərbaycan Respublikasının

prezidenti H.Əliyev Türkiyədə səfərdə oldu. Azərbaycan və

Türkiyə prezidentləri təkbətək görüşdülər. Türkiyə prezidenti

iki ölkə arasında münasibətlərin inkişafından razı olduğunu bildirdi.

Həmin gün iki ölkə arasında sənədlərin imzalanması mərasimi

oldu. Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasında

“Strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə”ni

imzaladılar. Sonra Azərbaycan Respublikası hökuməti

ilə Türkiyə hökuməti arasında sənədlər imzalandı (5, s.492).

Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi iradələrinin ortaya

qoyduğu fəaliyyətlər nəticəsində, Azərbaycan Respublikası

beynəlxalq mədəni əməkdaşlıq təşkilatı olan TÜRKSOYun

yaradıcılarından biri oldu. 1993-cü il iyulun 12-də Azərbaycan,

Qazaxıstan, Qırğızıstan, Kıbrıs, Türkmənistan, Türkiyə və

Özbəkistan respublikalarının mədəniyyət nazirləri 8 maddədən

ibarət “Türksoyun strukturu və fəaliyyət prinsipləri haqqında

müqavilə”ni imzaladılar. Təşkilatın məqsədi türk xalqları və ölkələri

arasında mədəni əlaqələri genişləndirmək, xalqların mədəniyyət

və incəsənətini qorumaq, dirçəltmək və inkişaf etdirmək

idi.

Azərbaycan dövləti çoxtərəfli əsasda türk dövlət başçılarının

zirvə görüşünün yaradılmasının iştirakçısı oldu. Azərbaycan,

Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan

dövlət başçılarının birinci toplantısı 1992-ci il oktyabrın 30-

31-də İstanbulda keçirildi. Görüş nəticəsində bəyannamə imzalandı.

Türk dövlət başçılarının ikinci toplantısı 1994-cü ilin oktyabrında

İstanbulda keçirildi. Azərbaycanı, prezident H.Əliyev

başda olmaqla nümayəndə heyəti təmsil edirdi. Görüşün sonunda

İstanbul bəyannaməsi qəbul olundu. Bəyannamədə göstə-

69

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!