21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

Azərbaycanda yaşanan eşq hekayəsinin arxasında dövrün

ictimai gerçəkliklərinə diqqət çəkilir. Çağdaş bir yozumda, bu

günün gerçəkləri işığında təqdim olunan tamaşa ictimai əlaqələrin

və sistemin problemlərini araşdırır. Eşqin dəyərinə diqqət

çəkən tamaşa öncəki illərdə uzun bir müddət Azərbaycan tamaşaçıları

qarşısına çıxdı və Türkiyə sənətçilərinin də rol aldığı

bir filmə çəkildi. “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı

tamaşa gözəlliyi, ümidi, acısı və təəssüfləriylə sevgini arayan

teatrsevərlər üçün vazkeçilməz bir eşq əsəridir”. “Teatro” dərgisində

dərc edilmiş yazıda deyilir: “Ədəbiyyatçılar ölkə gerçəkliklərinin

altını cızarkən böyük eşqlərin kölgəsində qələm

çalmağı seçirlər. Ədəbiyyatın mövzusu olmuş elə eşqlər vardır

ki, onların timsalında ölkənin kiçik tarixini görmək mümkün

olur. Təhminə və Zaurun eşqi də Azərbaycan tarixinin önəmli

hissləri fonunda verilən önəmli bir ədəbiyyat əsəridir. Azərbaycan

ədəbiyyatının önəmli adlarından olan Anarın romanından

özünün teatroya uyğunlaşdırdığı tamaşa 1960-cı illərin

ortalarında yaşanan bir eşq macərasını göstərir. Tamaşa iki

insanın sevdasından bəhs etsə də, o illərin, Sovet dünyasındakı

ictimai həyatın çoxcəhətli tərəflərini göstərir, Azərbaycanın

gündəlik yaşantısında müxtəlif səciyyələr, xarakterlər, xəyallar

və gerçəklər, dünənə və bu günə baxış Təhminə ilə Zaurun

eşqləri ətrafında cərəyan edir”. Həmin dərgidə Türkiyənin

tanınmış teatr tənqidçisi Üstün Akmenin “Eşqlə çıxılan pillələrin

axırı – Beş mərtəbəli binanın altıncı mərtəbəsidir” adlı

geniş resenziyası çıxmışdır. Romanın və pyesin məzmununu

geniş şərh edən, onların arasında müqayisə aparan müəllif

yazır: “Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış hekayə,

roman, pyes və ssenari yazarı Anar hər biri ayrı romanların

qəhrəmanı ola biləcək bir sıra insanı, onların iş mühitini, ailə

münasibətlərini, onları bir-birinə bağlayan və bir-birindən

ayıran cəhətləriylə, yalnızlıqlarıyla romanında göstərə bilmişdir.

Və doğrusu, ürək-ürəyə vermiş bir yazıçı-oxucu yaxınlığını

yaratmağı bacarmışdır. İstanbul Böyük şəhər Bələdiyyəsi şəhər

207

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!