21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

12

__________Milli Kitabxana__________

əlaqələrdə Azərbaycanın iştirakının səmərəliliyi, əhəmiyyəti və

perspektivləri tədqiq edilmişdir. Həmçinin Azərbaycanın keçmiş

SSRİ-nin tərkibində olduğu dövrdə Türkiyə ilə çoxtərəfli

iqtisadi, elmi-texniki və mədəni əlaqələrdə iştirakı öz əksini

tapmış, bu əlaqələrdə baş vermiş nöqsanlar göstərilməklə əməli

tövsiyyələr verilmişdir (3). Onun “Beynəlxalq münasibətlər tarixi

(XX əsr)” kitabında da bu mövzuya dair dəyərli məlumatlar

vermişdir (5).

İnqilab Kərimovun “Azərbaycan – Türkiyə teatr əlaqələri”

kitabında xalqlarımız arasındakı teatr əlaqələrindən bəhs olunur.

Burada Azərbaycan – Türkiyə səhnə ustalarının dostluğuna,

qarşılıqlı qastrol səfərlərinə geniş yer ayrılır, 1908-ci ildən

başlayaraq türk dramaturqlarının əsərlərinin Azərbaycan teatrındakı

tamaşaları, eləcə də son illərdə Azərbaycan dramaturgiyasının

Türkiyə teatrlarında səhnə şərhini tapmış nümunələri

haqqında şərh və təhlillər verilir. Müəllif kitabda yeri gəldikcə

mədəniyyət və incəsənətin digər sahələrindəki əməkdaşlığa da

diqqət yetirmişdir (76).

İradə Rəsulinin “Dramaturgiyamızda Türkiyə” monoqrafiyası

Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələrinə, xüsusilə

XX əsr Azərbaycan dramaturgiyasında Türkiyə mövzusuna

həsr edilmişdir. Monoqrafiyada Türkiyə mədəni həyatının təsvirinə

və türk xalqlarının mədəni-tarixi birliyi ideyasına geniş

yer verilir, Hüseyn Cavidin “Uçurum” və “Afət”, Cəfər Cabbarlının

“Ədirnə fəthi”, “Trablis müharibəsi və ya Ulduz”

pyesləri türk xalqının milli-istiqlaliyyət mübarizəsini tərənnüm

edən əsərlər kimi tədqiqata cəlb edilir (101). Əsərdə tədqiq

olunan mövzunun aktuallığı hər şeydən öncə Azərbaycan –

Türkiyə mədəni əlaqələri sahəsindəki kəsiri müəyyən mənada

aradan qaldırmaq işinə xidmət etməsidir. Müəllif ənənəvi

metoddan imtina edərək, ədəbi-mədəni əlaqələrimizi müəyyən

tarixi çərçivədə tədqiq etməmiş, Azərbaycan ədəbiyyatında

Türkiyəyə marağın mədəni-tarixi köklərini, Türkiyə mövzusunun

zəngin, ziddiyyətli və mürəkkəb bir tarixi mərhələ olan

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!