21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

Türkiyədə çap olunan klassik və müasir Azərbaycan dramaturqlarının

əsərlərindən ibarət məcmuə geniş türk oxucu

kütləsi üçün nəzərdə tutulmuşdur. “Türk Dünyası ədəbiyyatı”

seriyasında çapdan çıxan “Azərbaycan dramları (Az ərbaycan

dramları antologiyası)” kitabı Türkiyə mədəniyyət nazirliyi tərəfindən

buraxıldı. Türkiyənin “Söyüd” nəşriyyat şirkəti türk

oxucularının Azərbaycan ədəbiyyatına olan marağını nəzərə

alaraq 3 hissədən ibarət “Azərbaycan ədəbiyyatı antologiyası”nı

nəşr etməyə başladı. Bu “Xalq ədəbiyyatı” (I hiss ə),

“Azərbaycan klassik ədəbiyyatı” (II hiss ə), “Azərbaycanın

XIX-XX əsrlər ədəbiyyatı” (III his sə) məcmuələridir. Nəşriyyatın

direktoru Növzat Kosaoğlu bildirdi ki, şirkət indiyədək

B.Vahabzadənin, N.Xəzrinin şeirlər kitabını və M.Süleymanlının

“Köç” romanını türk oxucularına təqdim etmişdir. Türkiyədə

Azərbaycan, Azərbaycanda isə Türkiyə ədəbiyyatına olan

marağı nəzərə alaraq Türk Dünyası Araşdırmaları Vəqfi ilə

Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi arasında

bağlanmış sazişə əsasən Bakıda “Türk dünyası”, İstanbulda isə

“Azərbaycan dünyası” kitab mağazaları açıldı. Türk oxucuları

Azərbaycan mağazasında şair, yazıçı, filosof və tarixçilərimizin

əsərlərini əldə edə bildilər. Bu kitablar arasında Nizami, Füzuli,

M.F.Axunzadə, M.Ə.Sabir, S.Vurğun, B.Vahabzadənin və b.

əsərləri var idi. Azərbaycanda da türk ədəbiyyatının həvəskarları

üçün xeyli iş görüldü. Məhz bu məqsədlə “Gənclik”

nəşriyyatı Türkiyə ədiblərinin seçilmiş əsərlərini çapdan buraxdı.

“Gözəllik suyu” adlanan bu məcmuəyə Türkiyənin 30

müəllifinin, o cümlədən Nəcib Fazil Qısakürək, Arif Nihad

Afya, Faruq Hafiz Qəmlibel, Fazil Hüsni Dağlarca, Semihe

Ayverdi, Yavuz Bülənd Bakiler və başqalarının əsərləri daxil

edildi. Azərbaycandan olan oxuculara Yunis İmrənin, Qaracaoğlanın,

Aşıq Veysəlin, Tofiq Fikrətin, Orxan Vəlinin, Cəmaləddin

Ruminin əsərləri də təqdim edildi (3, s.62-63).

1991-ci ilin aprelində Bakıda keçirilən “Azərbaycan mühacir

ədəbiyyatı” simpoziumunda Türkiyənin bir sıra məşhur

187

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!