21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

84

__________Milli Kitabxana__________

kiyə – Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi

məqsədilə hökumətlərarası yeni sənədlər imzalandı.

Azərbaycanın xarici siyasət fəaliyyətindən bəhs edilən

mövcud tarixi-siyasi ədəbiyyatda 1992-ci ilin may ayından

1993-cü ilin iyun ayına qədər olan dövrdə birtərəfli qaydada,

beynəlxalq durumun obyektiv gerçəkliyi, dövlətin real vəziyyəti

və mənafelərini tam nəzərə almayan xarici siyasət kursu

həyata keçirildiyi qeyd olunur, bu siyasətin məntiqi nəticəsi

kimi bir sıra dövlətlərlə münasibətlərdə əsassız gərginlik və

narazılıqlar yaranmasından, birtərəfli qaydada yalnız Türkiyə

ilə münasibətlərə üstünlük verilməsindən danışılır (103, s. 48).

1992-ci il may ayının 3-də Bakıda Türkiyə səfirliyinin

açılışı mərasimi oldu. Mərasimdə TC-nin Baş naziri S.Dəmirəl

iştirak edirdi. 1992-ci il avqust ayının 11-də Azərbaycan Respublikası

Prezidentinin fərmanı ilə Məmməd Əliyev Türkiyə

Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli

səfiri, Abbas Abdulla Hacaloğlu Türkiyə Respublikasının

İstanbul şəhərində Azərbaycan Respublikasının Baş

konsulu təyin olundular. 1992-ci il noyabr ayının 2-də Ankarada

Azərbaycan səfirliyinin açılışı mərasimi oldu. Azərbaycan

Respublikasının Prezidenti Əbülfəz Elçibəy mərasimdə iştirak

edirdi. Türkiyə Respublikasının Prezidenti Turqut Özal çıxışında

Azərbaycanın Türkiyədə ilk səfirliyinin Mustafa Kamal

Atatürk tərəfindən açıldığını xatırlatdı. Türkiyə Azərbaycan

Respublikasının Xarici İşlər nazirliyinə öz problemlərini, yəni

kadr hazırlığı, səfirliklərin açılması və s. məsələləri həll etmək

üçün 15 mln. dollar yardım göstərməyi qərara almışdı (103,

s.74-75).

1992-ci ilin yanvar ayının 14-də Azərbaycan – Türkiyə

diplomatik əlaqələri yaradılmışdır. Həmin vaxtdan Türkiyənin

Azərbaycanda, 1992-ci ilin avqust ayından isə Azərbaycanın

Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. Diplomatik

münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı

əlaqələrin inkişafında geniş perspektivlər açdı. Artıq 1992-ci

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!