21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

192

__________Milli Kitabxana__________

odur ki, müxtəlif ölkələrin xalq yaradıcılığını sevənlərlə dostluq

telləri yarandı (3, s.69-76).

Ümumiyyətlə, türk müğənniləri və kollektivləri ardıcıl olaraq

Azərbaycan tamaşaçıları qarşısında çıxış etdilər, dinləyicilərin

rəğbətini qazandılar. Bu da öz növbəsində Azərbaycan –

Türkiyə mədəni əlaqələrinin daha da sıxlaşmasına və yeni məzmun

kəsb etməsinə səbəb oldu. 1991-ci il mayın 18-25-də

Azərbaycanda növbəti “Xarı bülbül” beynəlxalq musiqi festivalı

keçirildi və bu festivalda digər xarici ölkələrlə yanaşı Türkiyə

kollektivi də uğurla çıxış etdi. YUNESKO-nun xətti ilə

respublikamızda keçirilən bu tədbirdə iştirak edən qonaqlar

Bakı ilə yanaşı Bərdə, Gəncə, Goranboy, Ağcabədi, Zaqatala,

Balakən, Şəki və Ağdaşda oldular.

1989-cu ildə Türkiyədə yaşayan azərbaycanlıların mədəni

və qarşılıqlı əlaqə cəmiyyəti yaradıldı. Cəmiyyətə sədr Nihat

Çətinqaya seçildi. Məlumdur ki, Türkiyədə 2,5 mln., o cümlədən

İstanbulda 300 min nəfər azərbaycanlı yaşayır. Cəmiyyət

onlar üçün müqəddəs bir ocağa çevrildi. Azərbaycanlılar bu

ocağın başına toplaşaraq onun istisinə qızınırlar. Cəmiyyətin

üzvlərinin sayı 800 min nəfərdən çoxdur. Cəmiyyət 1989-cu

ilin iyununda Azərbaycan tarixi və mədəniyyətinə həsr edilmiş

simpozium keçirtdi. “Vətən” cəmiyyəti nümayəndələri Elçin,

Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev və başqalarının bu simpoziumda

iştirakı və çıxışları ciddi maraq doğurdu. Burada

Azərbaycan nümayəndələrinin bir sıra dövlət və ictimai xadimləri

– mədəniyyət, səhiyyə və turizm nazirləri ilə görüşləri qarşılıqlı

anlaşma və mənəvi dəyərlərdən birgə istifadə baxımından

faydalı oldu. Ümumiyyətlə, cəmiyyətin qarşısında duran

vacib məsələ müasir Azərbaycan mədəniyyətini Türkiyədə geniş

yaymaqdır. Bəzi müəlliflərin şeir və nəsr əsərləri türkcəyə

çevrilir, geniş oxucu kütləsi üçün “Azərbaycan türkləri” və

“Xəzər” qəzeti buraxılırdı. Bu nəşrlərin səhifələrində bədii

əsərlərlə yanaşı, Azərbaycanın milli adət və ənənələri haqqında

yazılar dərc olunurdu. Cəmiyyət yarananda qarşısına qoyduğu

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!