21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

cəkdir. Bu protokol 1 yanvar 1990 – 31 dekabr 1992-ci il tarixləri

arasında keçərli olacaqdır. Bu protokol Ankarada 10 yanvar

1990-cı il tarixində türkcə və rusca olmaqla hər birindən iki

nüsxə imzalanmış olub, hər iki mətn də eyni dərəcədə keçərlidir

(158, s.13-20; 133, s.6-11).

Azərbaycan – Türkiyə təhsil əlaqələri sahəsində ilk mühüm

rəsmi sənədlərdən biri də Türkiyə Cumhuriyəti ilə Azərbaycan

Sovyet Sosyalist Respublikası arasında 19 sentyabr 1990-cı

ildə keçirilmiş görüşlərlə bağlı protokoldur (146, s. 75-78).

Türkiyə Cümhuriyyəti Maliyyə və Kömrük naziri Adnan

Kahvecinin dəvətilə Azərbaycan SSR Nazirlər Kabinetinın başqanı

Həsən Həsənovun rəhbərliyi ilə Azərbaycan heyəti 14-19

sentyabr 1990-cı il tarixində Türkiyədə rəsmi səfərdə olmuşdur.

Bu müddət ərzində o, Türkiyə Respublikasının prezidenti

Turqut Özal və baş nazir Yıldırım Akbulut tərəfindən qəbul

edilmiş və Dövlət naziri Güneş Taner, Maliyyə və Kömrük naziri

Adnan Kahveci, Ulaştırma Naziri Cengiz Tuncer ilə

görüşmüş, Ankara, İstanbul, İzmir və Manisanı ziyarət edərək

bəzi elm və mədəniyyət mərkəzlərini gəzmişdir. Görüşlərdə, 10

yanvar 1990-cı il tarixində imzalanan Türkiyə Cümhuriyyəti ilə

Azərbaycan SSR arasında “1990 – 1992-ci illər arasında Türkiyə

Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında elmi və

mədəni mübadiləyə dair” protokollar çərçivəcində Azərbaycan

– Türkiyə əlaqələrinin inkişafı məsələləri müzakirə edilmişdir.

31 maddədən ibarət olan protokolun bir sıra bəndləri elm,

təhsil və mədəniyyət sahəsində əməkdaşlıqla bağlı olmuşdur ki,

aşağıda onların bəzilərini təqdim edirik:

5. Bu maddədə tərəflər arasında birbaşa TV proqramlarının

mübadiləsinin və Azərbaycanda ortaq telekommunikasiya

vasitələrinin qurulmasının yaxşılaşdırılması vurgulanır.

6. Tərəflər Bursa və Gəncə, Şəki və Kars şəhərləri arasında

qardaş şəhər əlaqələri qurulmasını məmnuniyyətlə qarşıladıqlarını

bildirmiş, heyət mübadiləsi xüsusunda razılığa gəlinmişdir.

107

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!