21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

Hər iki ölkənin vətəndaşlarının bir-birilərinə turizm səyhətləri

üçün hər bir imkan veriləcəkdir. Qrşılıqlı olaraq turistik

vizalar verilməsi problemləri aradan qaldırılacaqdır. Turizm fəaliyyətlərinə,

reklama şərait yaradılacaqdır. Viza, sərhəd, kömrük

qaydaları sadələşdiriləcəkdir. Ekoloji təmizlik, çeşidli turizm

mərkəzlərinin inşaatını, kadr hazırlığı, xarici turizm

sahəsində ortaq şirkətlərin qurulmasını və turizmə bağlı digər

problemləri nəzərdə tutaraq qarşılıqlı əməkdaşlıq inkişaf etdirilməlidir.

Əlaqədar qurumlar hər iki ölkədə müntəzəm toplantılar

keçirməlidirlər (146, s.90-91).

Türkiyə ilə Azərbaycan rəsmilərinin 3 may 1992-ci il tarixində

verdikləri ortaq bəyənatda bildirilirdi ki, Türkiyə Cümhuriyyəti

Baş Bakanı Süleyman Dəmirəl Azərbaycan Respublikası

Cümhurbaşkan Vekili Yaqub Məmmədovun dəvətilə 2-3

may 1992-ci il tarixlərində Azərbaycan Respublikasına rəsmi

bir ziyarətdə olmuşdur.

Tərəflər iki ölkə arasında tarixdən qaynaqlanan qardaşlıq

əlaqələrinə uyğun olaraq, çox səmimi və dostluq atmosferində

görüşmüşlər. Görüşmələrdə ikili əlaqələri maraqlandıran bütün

məsələlər ilə regional və beynəlxalq məsələlər müzakirə

olunmuş və tərəflər ölkələrindəki siyasi və iqtisadi durum

haqqında informasiya mübadiləsində olmuşlar (158,s.119).

Elm, təhsil və mədəniyyət sahələrindəki əlaqələrin də dəyişdirilməsinin,

iki ölkə xalqının bir-birilərinə daha da yaxınlaşmasında

oynayacağı önəmli rola işarət edən tərəflər, bu

məqsədlə elm, təhsil və mədəniyyət sahələrindəki mütəxəssis

xidmətləri, texniki və elmi əməkdaşlıq anlaşması imzalamışlar.

Bundan başqa Türk tərəfi, 1992-1993 tədris ilində Azərbaycana

600-ü orta təhsildə, 1400-ü ali təhsildə istifadə olunmaq üzrə

cəmi 2000 öyrənciyə təqaüdlü kontenjan ayırdığını bildirmişdir.

Azərbaycan tərəfi, bu imkanı böyük məmnunluqla qarşıladığını

ifadə etmişdir. Bu imkanın həyata keçirilməsi üçün

tərəflər əlaqədar rəsmilərini əməkdaşlıqla görəvləndirmişlər.

111

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!