21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

1921-ci il oktyabrın 22-də İ.Əbilov Mustafa Kamal Paşaya

etimadnaməsini təqdim etdi. Noyabrın 15-də nümayəndəliyin

binası üstündə Azərbaycan sovet bayrağı qaldırıldı. Bu

münasibətlə verilən ziyafətdə Mustafa Kamal Paşa iştirak etdi.

Azərbaycan – Türkiyə münasibətlərində müzakirə edilən

məsələlərdən biri aprel işğalından sonra mühacirət etməyə

məcbur olan müsavatçı xadimlərin və təşkilatların fəaliyyətinin

qadağan olunması idi. Bolşevik Azərbaycanı mühacirətdə fəaliyyət

göstərənlərə təhlükə mənbəyi kimi baxırdı. Ona görə də

ikitərəfli münasibətlərdə Azərbaycan tərəfi onların fəaliyyətinin

qadağan edilməsi və ya Türkiyədən çıxarılmasını tələb

edirdi (5, s.139).

Müsavatçı şəxslərin və təşkilatların fəaliyyətinin qadağan

edilməsi məsələsini Azərbaycan bolşevik hökuməti qaldırdı;

Moskvanın göstərişi ilə oturub-duran Azərbaycan bolşevik hökuməti

öz hərəkətləri ilə nəinki respublikanın müstəqilliyini istəmirdi,

həmçinin onun uğrunda çalışmış şəxsləri ölkədən didərgin

salırdı, onlara bolşevik rejimi üçün təhlükə kimi baxırdı;

onların ləğvi məsələsini Azərbaycan – Türkiyə qarşılıqlı münasibətlərində

ən yüksək səviyyəyə qaldırırdı; Türkiyə tərəfi isə

düşmüş olduğu mürəkkəb beynəlxalq şəraitdə bu tələblərin qarşısında

bəzi güzəştlərə getməyə məcbur olurdu; bolşevik terrorundan

və Türkiyədən çıxarılmaq təhlükəsindən özlərini qorumaq

üçün bir çox müsavatçılar Türkiyə vətən-daşlığını qəbul

etdilər; lakin onlar işğala qarşı mübarizəni nəinki dayandırmadılar

və hətta onu müxtəlif formalarla davam etdirdilər.

Azərbaycan – Türkiyə münasibətlərində Kars konfransı

mühüm yer tutdu. Konfrans ərəfəsidə Rusiya diplomatiyası Güney

Qafqaz respublikalarını Türkiyə ilə vahid müqavilə bağlamağa

məcbur edirdi. Bolşevik hökuməti bu işi həmin respublikaların

öz əli ilə həyata keçirtməyə çalışırdı. Konfrans 1921-ci

il sentyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Konfransda

Azərbaycan hökumətini Behbud Şahtaxtinski; Ermənistan hökumətini

Askanaz Mravyan, Poqos Makinisyan; Gürcüstan

49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!