21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

278

__________Milli Kitabxana__________

əlaqədar Lefkosa şəhərində təşkil olunmuş dövlət şənliklərində

iştirak etmişdir ( 12, Payız, 2002, s. 60). 10 sentyabrda “Yeni

Türkiyə Araşdırma və Yayın Mərkəzi”nin rəhbəri Həsən Calal

Güzəlin Mərkəzin kollektivi ilə görüşü keçirilmiş, əməkdaşlıq

məsələləri müzakirə edilmişdir (12, Payız, 2002, s.61).

Azərbaycanda Atatürk Mərkəzinin 2002-ci il üçün hesabatından

(12, Qış, 2002, s. 15-24) bunları da öyrənirik ki, Azərbaycanda

Atatürk Mərkəzi özünün ilk böyük kütləvi tədbirini

2002-ci il yanvar ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının

binasında Türkiyənin Azərbaycandakı səfirliyi ilə

birlikdə keçirmişdir. Bu tədbir Azərbaycan Respublikası ilə

Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının

10 illiyinə həsr edilmiş elmi-praktik konfrans olmuşdur.

Konfransda, giriş sözü ilə Mərkəzin müdiri Professor Nizami

Cəfərov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə

və səlahiyyətli səfiri Əhməd Ünal Ceviköz, Azərbaycan Respublikasının

xarici işlər naziri Vilayət Quliyev və Azərbaycan

Respublikası prezidentinin icra aparatının xarici əlaqələr

şöbəsinin müdiri Novruz Məmmədov çıxış etmişlər (12, Qış,

2002, s. 18-19). Konfransın işində bir sıra alimlər müxtəlif

mövzularda məruzələr etmişlər. Tədqiqat mövzumuzla bağlı

maraqlı çıxışı ilə seçilən Yaşar Kalafatın araşdırması “Son on

ildə Türkiyə – Azərbaycan münasibətlərinin sosial-mədəni xüsusiyyətləri”

mövzusunda olmuşdur. Bu konfransın materialları

ayrıca kitab şəklində nəfis nəşr olunaraq müxtəlif təşkilatlara

paylanmışdır. Mərkəz cari ildə bir sıra müəssisələrlə əməkdaşlıq

haqqında razılaşmalar əldə etmiş, AMEA, Qafqaz Universiteti,

Çağ Ğyrətim A.Ş. ilə bir sıra elmi-praktik tədbirlər

həyata keçirmişdir (12, Qış, 2002, s. 20).

Azərbaycanda Atatürk Mərkəzi 2002-ci ildə həmçinin

Atatürk irsinin Azərbaycanda təbliğinə dair seminar (12, Qış,

2002, s. 32-34) və 28 noyabr tarixində R.Behbudov adına Mahnı

Teatrında Qafqaz Universitetinin 10 illik yubileyinə həsr

olunmuş seminar keçirib. Seminarı universitetin rektoru Erol

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!