21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

214

__________Milli Kitabxana__________

Türk dövlət başçılarının zirvə görüşləri xalqlarımızın

mədəni birliyinin möhkəmləndirilməsi istiqamətində

mühüm siyasi amil kimi

Türk dövlətləri arasında çoxtərəfli əlaqələrin qurulması və

inkişaf etdirilməsi sahəsində dövlət başçılarının artıq ənənəvi

xarakter almış Zirvə toplantıları xüsusi yer tutur. Zirvə toplantıları

türk dövlətlərinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi,

demokratik-hüquqi dövlətlər yaradılması, siyasi prinsiplərin

bərqərar edilməsi sahəsində qaşıda duran vəzifələrin yerinə

yetirilməsində, türk dövlətləri və xalqları arasında əlaqələrin

daha da möhkəmləndirilməsində özünəməxsus rol oynayırlar.

Zirvə toplantılarının keçirilməsi təşəbbüsü 1992-ci ildə Türkiyənin

Baş naziri Süleyman Dəmirəl tərəfindən irəli sürülmüşdü.

Həmin ilin may ayında Türkiyə Respublikasının Baş naziri

kimi Azərbaycana və Mərkəzi Asiyanın türk dövlətlərinə səfər

zamanı Süleyman Dəmirəl türk dövlətləri rəhbərlərinin iştirakı

ilə Zirvə tpolantıları keçirmək təşəbbüsü ilə çıxış etdi. İlk

toplantı 1992-ci il oktyabr ayının 30-31-də Ankarada, ikinci

toplantı 1994-cü il oktyabr ayının 19-da İstanbulda, üçüncü

toplantı 1995-ci il avqust ayının 28-də Bişkekdə, dördüncü

toplantı 1996-cı il oktyabr ayının 21-22-də Daşkənddə, beşinci

toplantı 1998-ci il iyunun 9-da Astanada, altıncı toplantı 2000-

ci il aprel ayının 8-də Bakıda, yeddinci toplantı 2001-ci ilin aprel

ayının 26-27-də İstanbulda keçirilmişdir (103, s.157). 2002-

ci ildə Аşqаbаddа keçirilmiş VIII Zirvə görüşündə dövlət

bаşçılаrı 19 mаddədən ibаrət bəyаnnаmə imzalamışlar.

Türkdilli dövlət başçıları sammitlərinin dövlətlərarası münasibətlərdə,

o cümlədən Azərbaycan – Türkiyə mədəni əlaqələrində

mühüm əhəmiyyəti olmuşdur. Dövlət başçıları səviyyəsində

siyasi-diplomatik münasibətlərin formalaşması, şübhəsiz

ki, öz növbəsində mədəni, iqtisadi əlaqələrin də intensivləşməsinə

şərait yarada bilərdi. Bu zərurətdən qaynaqlanan istəyin

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!