21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

blı İstanbulda keçirilən beynəlxalq folklor festivalında müvəffəqiyyətlə

çıxış edərək laureat adını qazandı.

1989-cu ilin oktyabrında Azərbaycan özfəaliyyət kollektivi

muğamla müşayiət olunan xalq mahnıları və milli əsərlərimizi

Xəzərin sahilindən Bosfor sahilinə gətirdi. Onlar İstanbulda keçirilən

səkkizinci beynəlxalq folklor festivalında Azərbaycanı

təmsil etdilər. Festivalda Azərbaycan mahnı və rəqs ansamblının

hər çıxışına bir saat ayrılması onların uğurlarını bir daha

təsdiq etdi. Bütün proqram boyu Azərbaycandan “Sizə salam”

mahnısının səslənməsi bu çıxışlara xüsusi məna verdi. Onun

ardınca xalqımızın adət-ənənələrini əks etdirən Azərbaycan

toyu nümayiş etdirildi.

Folklor festivalında bədii özfəaliyyət kollektivi bir-birini

əvəz etdi. Qəbələ rayonundakı Bum kənd mədəniyyət evinin

“Zopu-zopu” folklor rəqs ansamblı İstanbulda keçirilən beynəlxalq

folklor festivalında müvəffəqiyyətlə çıxış edərək laureat

adını qazandı. Onların sırasında Azərbaycan Dövlət İncəsənət

İnstitutunun qızlar rəqs qrupu fərqləndi.

Aşıq Mikayıl Azaflı, müasir xalq mahnılarını ifa edən

A.Abdullayev və A.Zamanov füsünkar, məlahətli səsləri və

rəqsləri ilə dinləyicilərin rəğbətini qazandılar. Azərbaycan özfəaliyyət

kollektivinin böyük uğur əldə etməsində respublikanın

əməkdar incəsənət xadimi, proqramın quruluşçu rejissoru

Əli Usubovun, kollektivin bədii rəhbəri Mövlud Ocaqovun

xüsusi xidmətləri oldu. Həmin günlərdə Türkiyənin aparıcı

“Milliyyət” qəzeti yazırdı ki, ölkə ictimaiyyəti Azərbaycan artistlərinin

çıxışlarını son dərəcə hərarətlə qarşılayır. Kollektivin

rəhbəri Marat Allahverdiyev qeyd edirdi ki, İstanbuldakı folklor

festivalında birinci dəfə iştirak edirdik. Bizim çıxışlarımız

türk dinləyicilərinə, habelə festivalın digər iştirakçılarına

Azərbaycan xalqının folklor yaradıcılığı və zəngin ənənələri ilə

yaxından tanış olmaq imkanı verdi. Yenidən Türkiyəyə gəlmək

üçün festivalın iştirakçılarından çoxlu təkliflər aldıq. Ən vacibi

191

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!