21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

172

__________Milli Kitabxana__________

göstərir ki, respublikamız inamlı yoldadır, düzgün yoldadır və

türkün mənəvi birliyinə böyük önəm verilməkdədir.

“Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə” II Uluslararası

Folklor Konfransı türklüyün mənəvi-milli birliyi baxımından

əzəmətli nəticələr əldə etdi. Dünyanın Almaniya, Böyük

Britaniya, Türkiyə, İran, Pakistan, İraq, Ukrayna, Çin Xalq

Respublikası, Şimali Kipr Türk Respublikası, Qazaxıstan,

Türkmənistan, Gürcüstan, Dağıstan, Başqırdıstan, Tatarıstan,

Qaraçay-Çərkəz, Kabardin-Balkar kimi dövlətlərindən, siyasi

qurumlarından gəlmiş neçə-neçə alimin məruzəsi dinlənildi,

yaxud məcmuədə çap olundu. Dünya türklüyü bu konfransda

bir araya gəldi, bir amalın gerçəkləşmə yollarını aradı, axtardı

və böyük inamla deyirəm ki, aradığını tapdı: türkün bütövləşmə,

birləşmə layihəsinin dəyərli eskizlərini cızdı, magistral

yolunun təməlini qoydu. Konfransın nəticələrindən biri olaraq,

mədəniyyətşünaslığımız özündə yetmişdən artıq elmi məruzəni

əks etdirən məcmuə ilə əvəzsiz bir xəzinə əldə etdi. Ortaq

keçmişimizin tarixi proseslər nəticəsində parçalanmış mənəvi

bütövlüyünün ayrı-ayrı hissələri, işarələri bu məcmuədə yenidən

bütövləşməyə, bir-biri ilə qovuşmağa başladı. “Ortaq Türk

Keçmişindən Ortaq Türk Gələcəyinə” ünvanlanan yolun təməli

qoyuldu. Bu məcmuədə türk intellektlərinin türk mədəniyyətşünaslığının

ən müxtəlif problemləri ilə bağlı çalışmaları toplanmışdır

(73, 410-413).

Konfrans türklüyün dünya məkanındakı mövqeyinin güclənməsi

naminə ciddi fikirlər irəli sürdü. Ən başlıcası, türklüyün

həqiqi mahiyyətinin açılması, onun mənəvi, elmi simasının

dünyaya olduğu kimi təqdim edilməsi baxımından böyük işlər

gördü. H.İsmayılov öz çıxışında bildirdi ki, konfransdan öz

ölkəsinə qayıdan hər alim türk bütövlüyünə ünvanlanan bu

duyğulardan özü ilə çox şeylər aparacaq və bu konfransda mənəvi

Turanın qurulması yolunda səslənmiş fikirlər türk dünyasının

hər bir guşəsində öz əks-sədasını tapacaqdır. Konfrans

tematik baxımdan nəhəng nəticələr əldə etdi. Ümumtürk mədə-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!