21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

bir həqiqətən də dünya türklərinin həyatında əsl bayrama çerildi.

Tədbirlərdən birincisi türkdilli dövlətlərin VI zirvə görüşünün,

ikincisi isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə

həsr olunmuş təntənəli yubiley gecəsinin aprelin 8 və 9-da Bakı

şəhərində keçirilməsindən ibarət olmuşdu.

Türkdilli dövlətlərin başçılarının VI Bakı görüşündə qəbul

olunmuş “Bakı bəyannaməsi”ndə nəzərdə tutulduğu kimi,

2001-ci il aprelin 26-da İstanbulun məşhur Çırağan sarayında

türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşü öz işinə

başladı (124, s.41). Heydər Əliyev öz çıxışında XX əsrdə türk

xalqları və dövlətləri tərəfindən görülmüş işlərdən və yeni

əsrdə onların qarşısında duran konkret vəzifələrdən ətraflı

danışdıqdan sonra sözlərini müdrikcəsinə deyilmiş bu

kəlamlarla bitirir: “Əminəm ki, Türkdilli Dövlətlərin Birliyinin

VII İstanbul görüşü bizim dostluq və qardaşlığımızın möhkəmlənməsinə,

türkdilli dövlətlər və xalqlar arasında çoxtərəfli əlaqələrin

inkişaf etməsinə qiymətli töhfə verəcəkdir” (124, s.42).

Həqiqətən də türkdilli dövlətlər arasında əlaqələrin gücləndirilməsində,

o cümlədən türk xalqlarının bir-birinə getdikcə

daha çox yaxınlaşmasında, heç şübhəsiz, XX əsrin sonları

mühüm bir dövr təşkil edir. Təkcə 1996-cı ildə bu sahədə o

qədər çoxşaxəli, rəngarəng işlər görülmüşdür ki, onlar sadəcə

sadalansa böyük bir siyahı alınar.

TÜRKSOY-un VIII toplantısında Heydər Əliyevin nitqi də

bu baxımdan çox mənalı və ibrətamizdir. O, nitqinə belə bir

məlumatla başlayır: “Bu gün Azərbaycan Respublikasının

həyatında çox əlamətdar hadisələr baş verir. Günün birinci

yarısında Bakıda türk dünyası yazıçılarının III qurultayı açılıbdır,

ikinci yarısında isə TÜRKSOY Beynəlxalq Təşkilatının

vövbəti toplantısı işə başlayır. Sonra Azərbaycana təşrif gətirmiş

qonaqlarımızla görüşlər və nəhayət, noyabrın 8-də böyük

şair Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar təntənəli

mərasimlər keçiriləcəkdir”. Daha sonra Heydər Əliyev

bəlkə də çoxlarının tuta bilmədiyi vacib bir məqama toxunur və

225

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!