21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

282

__________Milli Kitabxana__________

Ölkələrin iqtisadi, sosial və mədəni tərəqqisində ən önəmli

rol oynayan faktorlardan biri kimi elm, təhsil və mədəniyyət

tərəqqinin sadəcə sürətini deyil, istiqamətini də müəyyən edir.

Xüsusilə də, təhsil sahəsində məqsədlərin planlaşdırılmasında

yol veriləcək səhvlər tərəqqinin təkanverici gücü olması gərəkən

təhsili, böhranların qaynağı halına gətirə bilir. Tərəqqinin

əsl qaynağı olan insanların xoşbəxt, vətənini sevən və öz qabiliyyətlərini

ölkəsinin insan potensialı ehtiyaclarına uyğun

şəkildə inkişaf etdirərək ən yüksək iqtisadi dəyər yaradan fərdlər

olaraq yetişdirmək, yalnız o, ölkənin şərtlərinə uyğun təhsil

proqramları və egitim planlaması ilə mümkündür. Bu səbəblə

ölkələrin təhsil proqramları milli olmalıdır, başqa ölkələrdən

kopya və ya təqlid edilə bilməz. Təhsilin planlaşdırılması da

milli olmalıdır, çünki ölkənin şərtlərini diqqətə almadan hazırlanan

planlar mənbə israfından başqa bir nəticə verməz. Ölkələr

təhsil proqramlarının milli olması zərurətinin şüurlara hakim

olması şərtilə, başqa ölkələrin bu sahədəki təcrübələrindən

istifadə və əməkdaşlıq edə bilərlər ki, heç şübhəsiz burada

türkdilli ölkələrin təcrübə mübadiləsi və əməkdaşlığı önə çəkilməlidir.

Uzun və əzablı intizardan – gözləmələrdən sonra müstəqilliklərini

qazanmış türk xalqlarının, müstəqil dövlətlər halında

öz suverenliklərini saxlamaqla yanaşı ümumtürk müştərək elmi,

mədəni, iqtisadi, siyasi əlaqələr yaratmaq və bunları günügündən

gücləndirmək imkanı yaranmışdır. Biz bu imkandan

dərhal və var qüvvəmizlə faydalanmağa çalışmalıyıq. Dünya

Beynəlxalq əlaqələrindən fərqli olaraq Türk Dünyası əlaqələrinin

xüsusi və təməli bir problemi də var ki, o da hər bir türk

dövlətinin, xalqının öz ədəbi-bədii dilini, daha doğrusu ləhcəsini

istifadə edib, inkişaf etdirməklə bərabər, elmdə, təhsildə

əvəzsiz və qaçılmaz olacaq bir müştərək elm, texnologiya və

digər sənətlərin terminlərini yaratmaqdır.

Türkiyə ilə Azərbaycan arasındakı milli təhsil sahəsində

əməkdaşlıq durmadan artır. Lakin diplomlar arasındakı bəra-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!