21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

4

__________Milli Kitabxana__________

lik isə parçalanmış xalqların mənəvi bütövlüyündən yaranacaq

birlikdir. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq

bizim keçdiyimiz əzəmətli yolu keçib. Diqqət yetirsək, görərik

ki, bizim şanlı tarixi keçmişimiz yalnız bahadırlıq, alplıq, ərənlik

tarixi deyil, o həm də bəşəriyyəti qüdrətli sənət inciləri ilə

zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir.

Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq və

gizlətmək mümkün deyil. İctimai-tarixi proseslər nəticəsində

türkün coğrafiyası hissə-hissə paralanmış, bölünmüş, bölündükcə

kiçilmişdir. Başqa türk xalqlarının da problemləri çox

olmuşdur. Bəziləri dinini, bəziləri dilini itirmək təhlükəsi ilə

qarşılaşmışdır. Belə olan halda bütün türk xalqları bu tarixi geriləmənin,

tənəzzülün səbəblərini birlikdə axtarmalıdırlar. Bu

problemin həlli baxımından ən məntiqi cavabı isə Bilgə Kağanın

“Ey türk özünə qayıt, sən özünə qayıdanda böyük olursan”

düsturu verməkdədir.

XXI əsr bütün dünya dövlətləri və millətləri arasında iqtisadi,

siyasi, mədəni əlaqələrin artması, son nəticədə qloballaşma

ilə xarakterizə olunmaqla yanaşı, eyni zamanda ayrı-ayrı xalqların

etnik-mənəvi köklərinə yenidən dönüşü ilə də xarakterikdir.

İndi Planetin bütün irili-xırdalı dövlət və millətləri könüllü

və ya könülsüz, ixtiyari və ya qeyri-ixtiyari son nəticədə

böyük qloballaşmaya aparıb çıxaran nəhəng inteqrasiya magistralına

qoşulmaqdadır. Qloballaşma kontekstində etnik-milli

mövcudluğun siyasi, iqtisadi, kulturəl, mənəvi suverenliyi ilə

bağlı milli konsepsiya və konseptual ideyalar yekcins deyil. Bu

prosesi sosial-siyasi, mədəni-mənəvi, iqtisadi-güzəran, elmiintellektual

müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər

də var, kainatın daha çox vahid bir mərkəzdən idarə olunan

bürokratik-texnoloji ərazi vahidinə çevrilmə prosesi olduğunu

iddia edənlər də. Ən müxtəlif mövqe və münasibətlərin xarakterindən

asılı olmayaraq, qloballaşmaya aparan nəhəng inteqrasiya

magistralı bütün planeti sorub aparmaqdadır. Mümkün

olan ən optimal variant bu prosesə hər bir etnosun milli-mənəvi

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!