21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

lığı günü-gündən möhkəmlədək və yüksəklərə qaldıraq” (55,

s.45).

Araşdırmalar və ststistik məlumatlar göstərir ki, hal-hazırda

Türkiyədə təxminən 3 milyon soydaşlarımız yaşayır. Ölkədə

Azərbaycan icmasını təmsil edən təşkilat və dərnəklərdən ən

nüfuzlusu Türkiyənin tanınmış ictimai xadimi İ.Doğramacı tərəfindən

yaradılmış “Türkiyə – Azərbaycan dostluq, əməkdaşlıq

və həmrəylik Fondu”dur (1996-cı il). Uzun illər Azərbaycan

Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti S.Dəmirəlin

bu ictimai təşkilatın fəxri sədrləri olmaları diqqətəlayiqdir. Bu

təşkilatın tərkibində “Azərbaycan Evi” fəaliyyət göstərir. Burada

əsasən mədəniyyət tədbirləri və bədii gecələr keçirilir. Bu

dərnəkdən başqa “İqdır Mədəniyyət Dərnəyi” (sədri T.Ata -

sevər), “Qars-Ardahan-İqdır Dərnəyi” (sədri B.İşgür), “Türkiyə

– Azərbaycan Dostluq Dərnəyi” (sədri M.Özda ğ) və “İzmir

Mədəniyyət Dərnəyi” (sədri Y.Bozer), “Qars kalkındırma kültür

vakvı” (sədri A.Elçin) kimi ictimai təşkilatlar fəaliyyət göstərir.

Bunlardan bəzilərinin mətbuat orqanları da var (İ.Doğramacının

fondu tərəfindən “Azərbaycan” adlı aylıq jurnal nəşr

olunur). Bundan başqa, Türkiyədə “Azərbaycan Türkiyə Dostluq

Klubu” (s ədri istefaya çıxmış general M.Özdağ) fəaliyyət

göstərir. Klub Azərbaycanın indiki hökumətinin yeritdiyi siyasi

kursu dəstəkləyir, lakin onun əsas məqsədi – Azərbaycan xalqı

ilə dostluqdur.

Türkiyədəki Azərbaycan diasporu əsasən, iki mühacirət

dalğasına əsaslanır. Onlardan birincisinə aid olanlar 1920-ci

ildə Azərbaycan Demokratik Respublikası işğal olunduqdan

sonra, Türkiyəyə köçüb getmiş insanlardır. İkincisi isə, ikinci

dünya müharibəsi zamanı və müharibədən sonrakı dövrlərdə

(Almaniyada əsir olduqları zaman), Stalinin həbs düşərgələrindəki

represiyalardan qorxaraq başqa ölkələrdən Türkiyəyə

köçən və ya Türkiyədə qalan insanlardır. Onlar mühacirətin

böyük hissəsini təşkil etmişdilər (56, s. 339-340).

22

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!