21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

və Türkiyə Cümhuriyyəti araşdırmaları (1941 – 2003)” adlı

biblioqrafik kitabda azərbaycanlı alimlərin və müəlliflərin

Azərbaycanda və xarici ölkələrdə Türkiyə Cümhuriyyətinə və

Atatürkə aid qeyri-dövri mətbuatda çap olunmuş əsərləri barədə

məlumatlar toplanmışdır (11).

Azərbaycanda Atatürk Mərkəzinin direktoru professor

Nizami Cəfərov Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinin

tarixindən bəhs edərək yazır ki, müstəqil Azərbaycan

dövlətinin təşəkkülünə qədər Azərbaycanda Atatürkə (və onun

qurucusu olduğu Türkiyə dövlətinə) münasibətin tarixi aşağıdakı

mərhələlərdən ibarət olmuşdur: Əsasən müsbət münasibət

mərhələsi (20-ci illər); Əsasən mənfi münasibət mərhələsi (30-

cu illərin əvvəllərindən 50-ci illərə qədər); “Liberal” münasibət

mərhələsi (50-ci illərdən 80-ci illərin ortalarına qədər); Romantik

münasibət mərhələsi (80-ci illərin sonu 90-cı illərin əvvəlləri)

(11, s.5).

Əlbəttə, düşünmək olmaz ki, rəsmi ideologiyanın Atatürkə

(və Türkiyəyə) münasibəti bütün mərhələlərdə Azərbaycan

xalqının münasibətinə uyğun gəlir, –xalqın dünyanın ən böyük

(və müstəqil!) türk dövlətinə, eləcə də onun qurucusuna münasibəti

həmişə müsbət olmuşdur. Lakin etiraf etmək lazımdır ki,

Sovetlər Birliyinə daxil olan bütün xalqlar kimi Azərbaycan

xalqı da rəsmi ideologiyanın mövqeyində dayanmağa məhkum

edilmiş, özünəməxsus mövqe nümayiş etdirməyə çalışanlar isə,

xüsusilə, 30-50-ci illərdə “layiqincə” cəzalandırılmışlar.

Azərbaycanda atatürkçülüyün sözün əsl mənasında (və necə

varsa o cür!) təbliği, yayılması 90-cı illərin ortalarından başlamışdır.

Həmin mərhələni (əslində dövrü!) fərqləndirən əsas

keyfiyyət Atatürkün (Türkiyənin) dövlət quruculu ğu təcrübəsindən

müstəqil Azərbaycan dövlətinin qurulması prosesində

istifadə olunması idi ki, bu da birinci növbədə müasir Azərbaycan

dövlətçiliyinin banisi Heydər Əliyevin fəaliyyətində bilavasitə

təzahür edir. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin

yaradıcısı Atatürkə münasibəti yalnız bir böyük dövlət xadi-

275

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!