21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

türkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə

alaraq Atatürk irsini, ümumiyyətlə türk tarixi və mədəniyyətinin

daha dərindən öyrənilməsi və təbliğ olunması” vəzifəsi qoyuldu.

Azərbaycanda Atatürk Mərkəzinin əsasnaməsi təsdiq

olunandan cəmisi bir neçə ay sonra – 2002-ci ilin ilk günlərindən

onun kifayət qədər məhsuldar fəaliyyəti başladı (11, s.6).

Heydər Əliyev Atatürk irsinin öyrənilməsinin vacibliyini

ölkədə hamıdan artıq dərk edir, onun öyrənilməsi üçün konkret

tədbirlər həyata keçirilməsinə səy göstərir. Axı dövlət başçımızın

2001-ci ildə qardaş ölkəyə səfəri zamanı Türkiyə Böyük

Millət Məclisindəki çıxışından cəmisi 4 gün əvvəl O, “Azərbaycanda

Atatürk Mərkəzinin yaradılması haqqında” 9 mart

2001-ci il tarixli 641 saylı sərəncam imzalamışdı (17, s. 160;

124, s.75). Sərəncamda deyilir: “Türk dünyasının böyük öndəri,

Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa

Kamal Atatatürkün türk xalqlarının tarixində mühüm yerini

nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və

mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması

məqsədilə qərara alıram:

1. Azərbaycanda atatürk Mərkəzi yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezidenti

Atatürk Mərkəzinin fəxri sədridir”.

Mərkəzin ilk uğurlu tədbiri çox mühüm və əlamətdar bir

hadisəyə – Azərbaycan Respublikası ilə Türkiyə Respublikası

arasında diplomatik əlaqələrin qurulmasının 10-cu ildönümünə

həsr edildi. Bu münasibətlə Azərbaycanda Atatürk Mərkəzi ilə

Türkiyənin Azərbaycandakı səfirliyi 2002-ci il yanvarın 14-də

elmi-praktik konfrans keçirdi.

Yanvarın 14-də Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan

ilə Türkiyə arasında diplomatik əlaqələr qurulmasının 10 illiyi

münasibətilə “Avropa” mehmanxanasında mərasim təşkil etmiş,

mərasimdə Azərbaycan respublikasının Prezidenti Heydər

Əliyev iştirak və çıxış etmişdir.

273

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!