21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

8

__________Milli Kitabxana__________

mədəniyyətə söykənən bu irsinə müxtəlif coğrafi məkanlar

kontekstində baxılsa da bu qövmin milli-mənəvi dəyərləri bölünməmiş,

tarixi sınaqlarda bütövlüyünü qorumuşdur. Tarixin

müxtəlif dönəmlərində ideoloji aşınmalara, siyasi rejimlərin

basqısına məruz qalan türk xalqı mənən məğlub olmamış, öz

etnik-mədəni sistemini qoruyub saxlamışdır. Son illərdə dünyanın

müxtəlif ölkələrindən Bakıya gəlmiş türk mədəniyyət araşdırıcılarını,

nüfuzlu alimləri bir araya toplayan da məhz bu

soydaşlıq duyğusu, qardaşlıq məhəbbətidir. Bakıda keçirilən

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı I, II, III və

IV ənənəvi beynəlxalq konfransında iştirak etmiş 15 ölkə tədqiqatçıları

içərisində Azərbaycandan Mahmud Kərimov, Ağamusa

Axundov, Hüsyn İsmayılov kimi alimlərlə yanaşı Türkiyədən

də bir çox tanınmış mədəniyyət araşdırıcıları Türk Dünyasının

problemlərinə həsr olunmuş aktual müzakirələr

açmışlar.

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin tarixi və perspektivləri

ilə bağlı hər iki dövlətin rəhbərləri dəfələrlə fikirlər

söyləmiş və bu əlaqələrin daimi və əbədi olacağı haqqında bəyanatlar

vermişlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev

bəyan edirdi ki, “dəfələrlə dediyimiz “biz bir millət, iki dövlətik”

sözləri hər bir azərbaycanlının qulağında səslənməlidir.

Bu ifadə bizim gələcəyimizin proqramıdır”. Çıxışlarında daima

türk dünyası problemlərinə qlobal düşüncə tərzi ilə yanaşan

Heydər Əliyev həmişə belə bir ideya vermişdir ki, “Mən bu

gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız

əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik,

biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır,

bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı

hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin

əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən

ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə

saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən

sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!