21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

Azərbaycanın İstanbuldakı fövqəladə səlahiyyətli nümayəndəsi

Ə.M.Topçubaşovla görüşü zamanı tərəflər Osmanlı və Azərbaycan

türkləri arasında qardaşlıq münasibətlərinin mövcud

olduğunu bildirdilər. Sultan VI Mehmet Ə.M.Topçubaşova

xitabən qeyd etdi: “Əmin ola bilərsiniz ki, Osmanlı türkləri heç

vaxt sizdən köməyini əsirgəməyəcəkdir” (62, s. 66).

Tədqiqatçıların qənaətinə görə Azərbaycan – Türkiyə tarixinin

ən az bilinən qismi; Azərbaycan SSR dövrüdür. Betül Aslan

“Türkiye – Azerbaycan əlaqələri ve İbrahim Ebilov (1920-

1923)” əsərində yazır: “Halbuki, 1920-1922-ci illər arasında

TBMM ilə Azərbaycan hökuməti arasında həm diplomatik,

həm siyasi və həm də iqtisadi əlaqələr vardı. 1920-ci ilin sonunda

TBMM Hökuməti Azərbaycanda təmsilçilik açmış, bir il

sonra da Azərbaycanın təmsilçiliyi Ankarada açılmışdır. Azərbaycan

bundan başqa Kars, Trabzon və Samsunda olmaqla,

Türkiyədə üç konsulluq yaratmışdır. Bu dövr müddətində

Azərbaycan, Türkiyə Milli Azadlıq Hərəkətinə də imkan

daxilində maddi və mənəvi yardımlar etməyə çalışmışdır”

(132, s. 15).

“Atatürk və Nərimanov” (82) əsərində Azərbaycan – Türkiyə

mədəni əlaqələrinə də toxunan professor Şamil Qurbanov

yazır ki, Mustafa Kamal Paşa özü N.Nərimanova məktub

yazmış və borc pul verməsini xahiş etmişdir. Türkiyənin səfiri

Məmduh Şövkət bəy 1921-ci il martın 17-də həmin məktubu

Nərimanova çatdırdı. Nərimanov dərhal 500 kiloluq qızıl

göndərdi. Bunun 200 kilosu büdcə üçün saxlanır, qalanı isə

ayrı xərclərə sərf olunur. Daha sonra Rusiyadan 10 milyon qızıl

yenə göndərildi. Türkiyənin vəziyyəti bir qədər yüngülləşir.

N.Nərimanov Mustafa Kamal Paşaya yazırdı: “Paşam qardaş

qardaşa borc verməz, əl tutar” (82, s.43).

Bununla belə, Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin

birinci mərhələsində əlaqələri Türkiyə ilə Moskva tərəfindən

tənzimlənən əlaqələr çərçivəsindən kənara çıxmamış, yal-

77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!