21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

Natiq onu da vurğuladı ki, “Azərbaycan təmsilçisi İbrahim

Əbilov etimadnaməsini təqdim etdikdən bir neçə gün sonra

Azərbaycanın Ankarada təmsilçiliyinin açılışı oldu. Azərbaycanın

bayrağını isə Mustafa Kamal Paşa qaldırdı. Mustafa

Kamal Paşa orada tarixi bir çıxış etdi. Böyük Millət Məclisinin

sədri kimi Azərbaycan bayrağını qaldırmaq vəzifəsi ona verildiyinə

görə təşəkkür etdi və dedi ki, Türkiyə və Azərbaycan

arasındakı səmimi əlaqələrin, qardaşlığın səviyyəsinin izah

olunmasına heç bir lüzum yoxdur. Zati-aliləri, bugünkü açılış

mərasiminin sonunda, fərqli bir dövrdə, tarixi yenidən yaşamaq

və tarixin səhifələrini vərəqləyərək eyni qaydada Türkiyənin

bayrağını qaldırmağınızı xahiş edirəm” (15).

Göründüyü kimi, mədəni əlaqələrimizə nəzər salarkən, ən

başlıcası onu qeyd etmək lazımdır ki, Türkiyə – Azərbaycan

mədəni əlaqələri təkcə dövlətlərimiz arasında deyil, insanlarımız

arasında da inkişaf etməkdə və genişlənməkdədir. Bu artıq

qarşısında heç kəsin dayana bilməyəcəyi bir axına çevrilmişdir

(56, s. 343-344).

Azərbaycan – Türkiyə mədəni əlaqələrinə böyük töhfələr

bəxş etmiş Heydər Əliyev deyirdi ki, “Bizim tariximiz bir, dilimiz

bir, dinimiz birdir... Biz bütün imkanlardan istifadə etməliyik

ki, mədəni-humanitar və digər əlaqələr lazımı səviyyədə

inkişaf etdirilsin... Türk xalqı ilə Azərbaycan xalqının tarixində,

milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var...

Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sıx

olması təbii bir haldır” (56, s. 339).

Türkiyə ilə Azərbaycan arasındakı tələbə mübadiləsi, televiziya

və radio yayınları, əlifba birliyi kimi önəmli əlaqələrin

daha vaciblisi, hər iki ölkənin mədəni siyasətlərindəki hədəf

birliyi və milli mədəniyyəti birgə inkişaf etdirmək məqsədidir.

Belə ki, mədəniyyət ayrıca bir amil olmaqla yanaşı iqtisadi,

siyasi, hərbi və buna oxşar digər siyasətləri müəyyən edən bir

amildir.

42

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!