21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

166

__________Milli Kitabxana__________

və aktual vəzifələr qoyur. Dünya sürətlə dəyişir. Bu dəyişmədə

siyasi və iqtisadi faktorların rolu böyükdür. Dünyanın və

bəşəriyyətin gələcəyi üçün ən aktual və zəruri məsələ isə

gələcəyə gedən insanın və insan cəmiyyətlərinin mənəvi ehtiyatları

və onların səfərbər edilməsi mexanizmlərinin müəyyənləşdirilməsidir.

Bu konfransın keçirilməsində həm də o məqsəd

izlənilir ki, türk xalqlarının elmi təşkilatlarının inteqrasiyası

təmin olunsun, elmi və mədəni məsələlərin həlli üçün ortaq bir

məclisimiz olsun. AMEA Folklor İnstitutu məhz belə bir təşəbbüsü

gerçəkləşdirir (78, s.3-4).

Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinə böyük töhfələr

vermiş bu konfrans zamanı o da vurğulanmışdır ki, dünyada

xalqların və millətlərin milli, dini, iqtisadi, siyasi və mədəni

biliklərini gerçəkləşdirən müxtəlif təşkilatlar mövcuddur.

Bu təşkilatlar birlik üzvlərinin problemlərini həll etmək üçün

səyləri birləşdirir və bununla da ayrılıqda həll olunması çətin

olan məsələlərin həllini asanlaşdırır. Çağdaş dünya nə qədər

humanist görünsə də milli dəyərlərini mühafizə etməyi mükəmməl

təşkil edə bilməyən millətlər onun sərt üzü ilə qarşılaşmalı

olurlar. Elmi və mədəni intellekt yarışında geridə qalmaq,

çağdaşlıqla ayaqlaşmamaq milli inkişafın gələcəyi üçün müsbət

proqnoz vermir. Türk xalqlarının zəngin tarixi mədəni keçmişi

vardır. Bu zənginlik gələcəyə də aparılmalıdır. Bunun üçün

mənəvi dəyərlərə ciddi elmi yanaşma ilə yanaşı elm siyasəti və

milli mədəniyyət konsepsiyası işlənib hazirlanmalıdır. Məlumdur

ki, dəqiq elmlər təbiətdəki qanunauyğunluqları, humanitar

elmlər isə mədəniyyətdəki qanunauyğunluqları aşkarlayır. Biz

gələcək mədəni inkişaf konsepsiyamızı müəyyənləşdirmək

üçün elmi araşdırmaları və onlarda aşkarlanmış qanunauyğunluqların

qeydə alınmasını təmin edərək xalqlarımızın qloballaşan

dünyada yerini aydın təsəvvür etmək imkanında olmalıyıq.

Həqiqətən də bizim milli inkişafımız ortaq bir nöqtədən

başlanmışdır və heç şübhəsiz ki, yenə də ortaq bir nöqtədə birləşəcəkdir.

Dünyanın çağdaş gerçəkliyi də bunu həm zəruri

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!