21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

92

__________Milli Kitabxana__________

böyük qol-qanadı var. Yəni bu vəqfin çox böyük qol-qanadı

var. Onun böyük qanadlarından biri bu universitetdir. Mən fürsətdən

istifadə edib bu vəqfin Türkiyənin və türk cümhuriyyətlərinin

həyatında son illər gördüyü işlərə yüksək qiymət verirəm.

Görülən bu işlər münasibətilə sizi təbrik edirəm.

Biz Azərbaycanda çox sevinirik, iftixar hissi keçiririk ki,

Türkiyənin təhsil ocaqları gündən-günə genişlənir, güclənir və

sayca artır. Türkiyənin yüksək təhsil ocaqları, universitetləri,

Türkiyə Cümhuriyyəti türk dünyasının gələcəyi üçün yüksək

ixtisaslı mütəxəssislər hazırlayırlar. Bizi sevindirən bir də odur

ki, Türkiyənin siyasəti də, mədəniyyəti də, mənəviyyatı da, təhsili

də, elmi də Türkiyə Cümhuriyyətinin banisi, qurucusu böyük

Mustafa Kamal Atatürkün qoyduğu yolla, onun vəsiyyətlərini

yerinə yetirmək yolu ilə gedir. Mən bir daha sizə təşəkkürümü,

hörmət və ehtiramımı bildirirəm. Bir daha bildirmək

istəyirəm ki, Azərbaycanda Türkiyənin xüsusi yeri var. Sizin

vəqfin və universitetin Azərbaycanda gördüyü işlər respublikamızın

təhsil sistemində müəyyən müsbət dəyişikliklər meydana

gətirir. Ona görə də mən bu işlərə həmişə dəstək vermişəm,

bundan sonra da dəstək verəcəyəm” (17, s.99-100). Mərasimdə

dövlət başçısı Heydər Əliyevə Türkiyənin “Çağ” Öyrətim İşlətmələri

şirkəti adından hədiyyə, Azərbaycandakı Türkiyə məktəbləri

adından gül dəstəsi təqdim edilmişdir. Sonra “Çağ”

Öyrətim İşlətmələri şirkətinin prezidenti Adem Öcal çıxış edərək

böyük demokrat, xalqına ləyaqətlə xidmət edən, XX əsrin

tanınmış, böyük dövlət adamı, qardaş Azərbaycan Respublikasının

müdrik Prezidenti hörmətli Heydər Əliyevi Fatih Universitetinin

fəxri doktoru adı alması münasibətilə təbrik etmiş,

ona yeni böyük uğurlar diləmişdir. Mərasimin sonunda Azərbaycan

Prezidentinə plaket təqdim olunmuşdur (17, s.102).

“Azərbaycan – Türkiyə əlaqələri və Heydər Əliyev” kitabına

ön soz yazan Erol Oral bəy bildirir ki, Azərbaycanda işlədiyim

səkkiz ay müddətində yuxarıda qeyd etdiklərimi bir daha

yaddaşımda canlandırdıqca həmişə qarşıma belə bir təbii sual

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!