21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

– Türk dövlət və topluluqlarının gənclik təmsilçilərinin bir

araya gələcəyi fürsətlər yaradılmalıdır. Bu mənada Türk Dünyası

Gənclik Qurultayları dəstəklənməlidir (144, s. 133-135).

Azərbaycan Prezidenti İlham Əliyev onuncu qurultayda

nitq söyləyərək bu tədbirin əhəmiyyətinə toxunmuş və perspektivlərinə

aydınlıq gətirmişdir. O, bildirmişdir ki, qurultayın çox

böyük önəmi var. Əminəm ki, qurultayın nəticələri də çox

önəmli olacaqdır. Çünki qurultay zamanı son müddət ərzində

görülmüş işlər, uğurlar, nailiyyətlər təhlil ediləcək və ən önəmlisi

isə, qarşıda duran vəzifələr müəyyən olunacaqdır. Mən şübhə

etmirəm ki, qurultay iştirakçıları müxtəlif komissiyalarda

çox fəal işləyəcəklər və qurultayın nəticələri əməli-praktik əhəmiyyətə

malik olacaqdır. Bizim istəyimiz bəllidir. Bu barədə

bu gün çox gözəl danışıldı. Biz istəyirik ki, türk dünyası bir

olsun. Birlik daha da möhkəm olsun. Bizi birləşdirən əlaqələr

çoxşaxəli olsun və bütünlükdə türk dünyası dünya üçün çox

önəmli amilə çevrilsin. Bunu etmək üçün bütün əsaslar var.

Türkiyə – Azərbaycan münasibətləri indi ən yüksək zirvədədir,

əziz dostum, qardaşım Rəcəb Tayyib Ərdoğan bu gün bu barədə

danışdı. Bu münasibətləri bir neçə amil şərtləndirir – tarixi

köklərimiz, etnik mənsubiyyətimiz, dilimiz, mədəniyyətimiz,

milli-mənəvi dəyərlərimiz, ənənələrimiz. Türkiyə – Azərbaycan

münasibətlərini qardaşlıq, dostluq prinsipləri birləşdirir və

indi iqtisadi, siyasi və mədəni sahələrdə bu münasibətlər ən

yüksək zirvədədir. Bütün başqa sahələrdə də bu münasibətlərə

güc verən, təkan verən məsələlərin də öz həllini tapması çox

önəmlidir. Bu baxımdan ziyalıların bir araya gəlməsi, konfransların,

qurultayların keçirilməsi, ictimai xadimlərin, millət

vəkillərinin davamlı əlaqədə olması çox böyük əhəmiyyət kəsb

edir. Bizim gücümüz birliyimizdədir (115, s.34-35).

Azərbaycan Prezidenti İlham Əliyev mədəni inteqrasiya

problemlərinə də toxunaraq bildirmişdir ki, dünyada qloballaşma

prosesləri gedir. Ancaq eyni zamanda, ayrı-seçkilik məsələləri

də kifayət qədərdir və biz bunu görürük. Biz bu vəziyyətə

269

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!