21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

Baki ilə Ankara arasındakı diplomatik-siyasi münasibətlərin

ümumi vəziyyətini qarşılıqlı anlaşma, yardım, dostluq və

qardaşlıq səciyyələndirirdi. 1921-ci ildə Türkiyənin Bakıdakı

səfiri Memduh Şövkət bəy idi. Onunla bolşevik hökuməti arasında

qarşılıqlı anlaşma hökm sürürdü. 1921-ci ilin aprelində

Memduh Şövkət bəy Azərbaycan Xalq Xarici İşlər Komissarlığına

müraciət etdi. Müraciətdə iqtisadiyyat və neft sənayesi

sahəsində Türkiyəyə yardım edilməsi xaiş olunurdu. Azərbaycan

XXİK bu müraciətə böyük ruh yüksəkliyi ilə müsbət cavab

verdi. Tezliklə Türkiyəyə neft məhsulları göndərildi (5, s.138).

Azərbaycan tərəfi bütün türk təbəələrinin Vətənə mütəşəkkil

surətdə qayıtmaları üçün şərait yaratdı. Onlar ərzaq və

vaqonlarla təmin olundu.

Qarşılıqlı münasibətlərdə müzakirə edilən məsələlərdən biri

Türkiyədə Azərbaycanın diplomatik nümayəndəliyinin

açılması mısılısi idi. Türk diplomatiyası Ankarada Azərbaycanın

nümayəndəliyinin açılmasını xahiş etsə də bolşevik Bakısı

məsələni uzatdı.

Azərbaycan XXİK Türkiyədə işləmək üçün əvvəllər Xalq

Daxili İşlər komissarının müavini işləmiş İ.Əbilovun namizədliyini

Rusiya XXİK-ə təqdim etdi. G.Çiçerin 1921-ci il 26 may

tarixində M.Nüseynova teleqram göndərərək “Əbilovun namizədliyinin

Türkiyəyə təqdim edilməsini” bəyəndi. 1921-ci ilin

iyununda İ.Əbilov Ankara hökuməti yanında Azərbaycanın səlahiyyətli

nümayəndəsi təyin olundu.

1921-ci ilin avqustunda Ankaradakı nümayəndəliyin tərkibi

belə idi: səlahiyyətli nümayəndə, birinci katib, ikinci katib,

işlər müdiri, təsərrüfat müdiri, mühasib, diplomatik kuryer,

kargüzar, makinaçı, həkim və b. Nümayəndəliyin tərkibi 50-60

nəfər olmalı idi. Lakin 1921-ci ilin 4 avqust tarixli məlumata

görə, nümayəndəlikdə 28, 1922-ci ilin payızında isə 54 nəfər

əməkdaş işləyirdi. 1921-ci ilin sonunadək səlahiyyətli nümayəndəlik

mehmanxanada yerləşirdi.

48

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!