21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

yüksək qiymətləndirdi. RF-nin subyektləri olan Tatarıstan,

Başqırdıstan respublikalarının inkişaf perspektivlərinə toxundu,

Tuva, Xakasiya, Altay respublikalarında yaşayan xalqların öz

soy-kökünə qayıdışını da müstəqilliyin bəhrəsi kimi qiymətləndirdi,

bu respublikalarla bağlı xatirələrini yada saldı.

Azərbaycanın mədəniyyət naziri, TÜRKSOY-un baş direktoru

Polad Bülbüloğlu Prezident Heydər Əliyevə bu təşkilatın

üzvləri adından müraciətlə dedi:

Hörmətli Prezidentimiz, bu təşkilatın başçısı kimi mən

bütün həmkarlarım adından Sizə dərin təşəkkürümü bildirmək

istəyirəm. Biz dəfələrlə demişik ki, türkdilli dövlətlərin başçıları

arasında TÜRKSOY-a Sizin xüsusi qayğınız vardır. Siz yeganə

ölkə rəhbərisiniz ki, TÜRKSOY-un Bakıda keçirilən toplantısına

gəldiniz və orada çıxış etdiniz. Sizin çıxışınız

TÜRKSOY-un bütün sənədlərində bizim üçün proqram

xarakterini indiyədək saxlayır.

Keçən il TÜRKSOY-un on illiyində Siz bizə təbrik məktubu

göndərmişdiniz. Bu təbrik məktubunda da bizim fəaliyyətimizi

çox yüksək dəyərləndirmisiniz. Buna görə Sizə öz dərin

təşəkkürümüzü bildiririk (43, 7 fevral 2003-cü il, № 5).

Türkiyənin mədəniyyət naziri Hüseyn Çelik Bakıya indiki

səfəri zamanı gördüyü müsbət yeniliklər və keçirdiyi görüşlər

barədə məlumat verərək dedi ki, möhtərəm Prezident,

Türkiyəni burada təmsil edən bütün nümayəndələrin zatialinizə

böyük minnətdarlığı vardır. Siz burada onları hədsiz

mehribanlıqla qəbul etmisiniz, himayədarlıq göstərmisiniz.

Mən onların adından Sizə təşəkkür etmək istəyirəm. TÜSİABın

təmsilçisi olan iş adamlarının da zati-alinizə belə minnətdarlığı

vardır. Onların adından da Sizə təşəkkür etmək istəyirəm.

Siz burada onlara qol-qanad vermisiniz. Əminəm ki, Sizin

himayənizlə və bizim əzmimizlə ölkələrimiz arasında həm

iqtisadi, həm də mədəni əlaqələr daha da inkişaf edəcəkdir (43,

7 fevral 2003-cü il, № 5).

240

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!