21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

qurulmuş və səfirliklər fəaliyyət göstərmişdir. Azərbaycan

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk

dövlət Türkiyə olmuş, Bakının mərkəzində, Xaqani küçəsində

qardaş ölkənin səfirliyi fəaliyyətə başlamışdır. 2005-ci il iyunun

30-da Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib

Ərdoğan tərəfindən Türkiyə səfirliyinin yeni binasının təməli

qoyulmuşdir. Bakıda Türkiyə səfirliyinin yeni binasının açılışı

mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin, Baş nazir

Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt

və digər rəsmi şəxslər Azərbaycan – Türkiyə mədəni əlaqələrini

özündə əks etdirən nitq söyləmişlər.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu

çıxışında bildirirdi ki, bu gün çox həyəcanlıyam. Bu gün Azərbaycan

– Türkiyə əlaqələrində yeni bir tarix yazılır. Dünya tarixində

önəmli dönüm nöqtələri olur. Amma bunların şəxsən şahidi

olmaq hər kəsə nəsib olmur. Azərbaycanın tarixindəki ilk

müstəqillik günlərinin şahidi ola bilmədik. Ancaq Allaha şükürlər

olsun ki, müstəqilliyini, istiqlalını yenidən qazanmasının

hamımız şahidi olduq. İnşallah, bu, əbədi davam edəcəkdir.

Hüseyn Avni Qarslıoğlu tədbir iştirakçılarına müraciətlə

məlumat verdi ki, Azərbaycanın Türkiyədəki səfiri İbrahim

Əbilov 1921-ci ilin oktyabrında etimadnamə məktubunu Türkiyə

Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşaya

təqdim edərkən səmimi çıxış etmiş və demişdir ki, “Rusiyada

baş verən inqilabdan sonra əsarətdən qurtulan və muradlarına

nail olan azəri türkləri bir vücud kimi türk xalqının sevincini öz

sevinci və matəmini öz matəmi hesab edərək, sona qədər Türkiyənin

və bütün Şərq aləminin xilas olması, müstəqil olması

üçün əziz övladlarını qurban verməkdən vaz keçməyəcəkdir.

Azərbaycan türkləri lazım gələrsə, canları ilə Türkiyənin qurtuluşuna

dəstək verəcəklər”. Bu ifadələr, əslində, o dövrün Azərbaycan

rəhbərliyinin Türkiyəyə baxışını və Azərbaycanda

mövcud olan ab-havnı göstərirdi. Bu, əlaqələrin inkişafında,

dərinləşməsində önəmli bir nümunədir.

41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!