21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

dövrdə Qərb dövlətləri Türkiyənin Qafqazla, xüsusilə də Azərbaycanla

bağlı siyasətini müəyyən qədər dəstəkləyir, təbii qəbul

edir və bunu Türkiyənin güclənməsi, türk-müsəlman birliyinin

real təhlükəsi kimi qiymətləndirmirdilər. Əslində, Qərbin

SSRİ-nin bu qəbildən olan əhali qrupuna təsir göstərmək,

həmin xalqları Moskvadan narazı salmaq və onlarla hansısa

şəkildə iş aparmaq üçün başqa imkanı da yox idi. Amma SSRİnin

dağılması, müstəqil dövlətlərin yaranması ilə Qərb Türkiyənin

bu dövlətlər və xalqlar arasında möhkəmlənməsinə,

onları etnik-dini yaxınlıqdan istifadə edərək öz ətrafında

birləşdirməsinə və beləliklə də, Avropada öz mövqeyini daha

da gücləndirməsinə heç bir vəchlə yol verə bilməzdi. Odur ki,

Qərb dövlətləri Türkiyənin Qafqazda, Orta Asiyada “NATOnun

ümumi maraqlarını qorumaq” adı altında vaxtilə dəstəklənən

sərbəst və təkbaşına fəaliyyətini hazırda o qədər də qəbul

etmir (62, s.560-562).

Azərbaycanın büynəlxalq aləmlə inteqrasiyasında, regional

təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi

və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə

ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət

verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan

sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını

təmin etdi.

1993-cü ilin dekabrında respublika parlamentinin sədri Türkiyə

Böyük Millət Məclisinin sədri H.Cindorukun dəvəti ilə

Türkiyəyə qısa müddətli rəsmi səfər etdi. Səfər zamanı ikitərəfli

münasibətlər, regionda sülh və təhlükəsizliyin qorunması məsələləri

müzakirə olundu. Həmin ilin dekabrında Azərbaycan

nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin dəvəti ilə

Türkiyəyə səfər etdi. Səfər zamanı keçirilən çoxsaylı görüşlər

ikitərəfli əlaqələrin inkişafında müsbət rol oynadı. Siyasi münasibətlər

iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni

və humanitar əlaqələrin inkişafına kömək etdi (5, s.487).

66

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!