21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

XX əsr dramaturgiyasındakı inikasını araşdırmışdır. Bu əsərdə,

xüsusilə, ədəbi əlaqələrimizin bu sahəsi ilk dəfə tədqiqata cəlb

olunur və tamamilə yeni bədii material əsasında nəzərdən

keçirilir (101).

Elşən Hüseynovun “Azərbaycan Respublikasinin Türkiyə

ilə iqtisadi və mədəni əlaqələri (1991 – 1995-ci illər)” adlı namizədlik

dissertasiyasında Azərbaycan Respublikasının müstəqillik

yoluna qədəm qoyduğu dövrdən başlayaraq 1995-ci ilə

qədər, yəni müstəqil respublikanın ilk Konstitusiyası qəbul edilən

dövrə qədər Türkiyə Respublikası ilə mövcud iqtisadi və

mədəni əlaqələri tədqiq edilir. Azərbaycanın müstəqilliyini ilk

tanıyan Türkiyə Respublikası ilə yaranmış əlaqələr və bunun

dinamik inkişaf prosesi mövzunun əsas qayəsini təşkil edir.

Dissertasiya respublikanın müasir dövrdə iqtisadi və mədəni

əlaqələrinin tədqiqinə dair ilk əsərlər sırasındadır. İşin yazılması

prosesində SSRİ dövründə tədqiq edilmiş əsərlərə də nəzər

salınmış, həmin dövrün tarixi və mədəni proseslərini əks etdirən

materiallara tənqidi yanaşılmış və dövrün müsbət və mənfilikləri

yeri gəldikcə qeyd edilmişdir. Tədqiqatda həmçinin elmi-texniki

əlaqəlrəin çoxsaylı formaları və bu əlaqələrdə Azərbaycanın

iştirakı araşdırılır, qeyd olunan formalardan – alimlərimizin

qonşu ölkəyə ezam olunmaları, türkiyəli həmkarları ilə

elmi təmasları, konfrans və simpuziumlarda çıxışları, ayrı-ayrı

elmi qurumlar arasında kitab mübadiləsi və s. tədqiq edilir (63)

Qafqaz Universiteti tərəfindən nəşr edilmiş “Azərbaycan –

Türkiyə əlaqələri və Heydər Əliyev (1 -ci kitab), 1991–2001”

kitabında Azərbaycan – Türkiyə mədəni əlaqələrinin 1991 –

2001-ci illər dövrü xronoloji ardıcıllıqla təqdim edilir, “İki

dövlət, bir millət” arasındakı mədəniyyət əlaqələrinin inkişafında

Heydər Əliyev fenomeninin rolu faktik materiallar əsasında

geniş şərh edilir (17).

Altı cildlik “Heydər Əliyev və Şərq” (Müəllif -tərtibçilər:

Qaley Allahverdiyev, Vəhdət Sultanzadə) kitabında Azərbaycan

– Türkiyə arasındakı mədəni əlaqələrə dair rəsmi məlumat-

13

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!