21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

lar daha asanlıqla yoluna qoya bilərlər. II Zirvə toplantısımda

Ankara toplantısından keçən dövrdə siyasət, təhsil, mədəniyyət

və iqtisadiyyat sahələrində, həmçinin digər sahələrdə ikitərəfli

və çoxtərəfli münasibətlərin qənaətbəxş şəkildə inkişaf etdiyi

qeyd edilmiş, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün

dövlətlərin siyasi iradələri təsdiqlənmiş, dövlətlərin demokratiya,

insan hüquqlarına hörmət, sosial ədalət və bazar iqtisadiyyatı

prinsiplərinə əsaslanan ictimai quruluşla tərəfdar olduqları

bildirilmişdi (103, s.160-162).

1994-cü il oktyabr ayının 18-19-da Azərbaycan Respublikası

Prezidenti cənab Heydər Əliyevin başçılıq etdiyi nümayəndə

heyəti Türkiyənin İstanbul şəhərində keçirilən Türkdilli

Dövlət Başçılarının II Zirvə toplantısında iştirak etdi. Burada

türkdilli xalqların hərtərəfli inkişafı və xüsusi ilə də Azərbaycan

üçün mühüm əhəmiyyət kəsb edən “İstanbul Bəyannaməsi”

qəbul edildi. Prezident Heydər Əliyev Zirvə toplantısını

bizim xalqımız, müstəqil ölkələrimizin bu günü və gələcəyi

üçün əhəmiyyətli bir hadisə saymış, türkmənşəli, türkdilli

xalqlarımızın, tarixi, milli, mənəvi ənənələri eyni və yaxud

bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi

mövcud olması, onların həm dövlətlərarası əlaqələrinin inkişaf

etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən

istifadə edərək tarixi irsimizin, keçmişimizin canlandırılması

və onun əsasında xalqlarımızın daha da yaxınlaşdırılması üçün

mühüm bir vasitə hesab etmişdir. Hər hansı sənədin imzalanıbimzalanmamasından

asılı olmayaraq, elə bu görüşlərin özü,

aparılan fikir mübadilələri, türkdilli ölkələrin Prezidentlərinin

ünsiyyəti – bunlar hamısı türk dövlətlərinin həm iqtisadi, həm

mədəni, elmi, həm də bütün başqa sahələrdə bundan sonra da

bir-biri ilə sıx əlaqələr yaratması üçün imkanlar yaradacağı

qənaətinə gətirmişdir.

O, zirvə toplantısında bəyan etmişdir ki, İstanbulda bir kökdən

olan, bir mənşədən olan, eyni dilə mənsub olan altı ölkənin

başçıları, dövlət başçıları səviyyəsində keçirilən bu toplantı iki

217

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!