21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

kilatinin XV toplantisinda iştirak edən türkdilli ölkələrin nümayəndələrini

qəbul etmişdir (56, s.214).

Dövlətimizin başçısı Heydər Əliyev qonqlarla görüşdə çıxış

etmişdir. O demişdir: “Bu təşkilatın əsas məqsədi birinci növbədə

bizim tarixi keçmişimizi, köklərimizi, mədəniyyətimizi və

bunların hamısının müştərək olduğunu yenidən araşdırmaq və

bugünkü nəsillərə çatdırmaqdan ibarətdir. Çünki 70 illik Sovet

hakimiyyəti dövründə, bundan da öncə, təəssüflər olsun ki,

türkdilli ölkələrin bir-biri ilə əlaqələri ya zəif olubdur. Ya da

olmayıbdır. Bəzən də Sovetlər İttifaqında yaşayan türkdilli (56,

s.214) xalqlar üçün qadağan olubdur. O vaxt Sovetlər İttifaqında

belə bir anlayış mövcud idi ki, vahid sovet xalqı vardır.

Bütün millətlər də var, ancaq vahid sovet xalqı da. Biz, məsələn,

Mərkəzi Asiyada olan qardaşlarımızla daim əlaqədə idik.

Biz həmişə bir-birimizlə rusca danışırdıq və tarixi keçmişimizi,

mədəniyyətimizi, onların dərin köklərini heç vaxt araşdırmırdıq.

Amma indi biz müstəqillik əldə edəndən sonra və Türkiyə

Cümhuriyyəti də bu sahədə çx dəyərli təşəbbüslərlə çıxış

edəndən sonra Türkdilli Dövlətlər Birliyi yaranıbdır. Bu birliyin

də, yenə də deyirəm, ən əsas özəklərindən biri TÜRKSOY

təşkilatıdır.

Mən sizin gördüyünüz işləri yüksək qiymətləndirirəm.

Arzu edirəm ki, bu işləri bundan sonra da davam etdirəsiniz.

Çünki həm bugünkü nəsillər, həm də gələcək nəsillər üçün hələ

çox iş görmək lazımdır ki, bu itirilmiş dövrü, zamanı, onillikləri

bərpa edək. Yəni onu bərpa etmək mümkün deyil. O dövrdə

itirdiklərimizi indi qısa bir zamanda yaratmaq lazımdır.

Mən sizi təbrik edirəm və arzu edirəm ki, işlərinizi bu cür

davam etdirəsiniz. Siz dövlət başçılarından daha zirəksiniz.

Çünki biz, deyək ki, altı dəfə görüşmüşük. Amma siz on beş

dəfə görüşmüsünüz. Ancaq bu da təbiidir. Çünki dövlət başçılarının

bir çox problemləri vardır. Onların ildə bir dəfə görüşməsi

bəzən bəs edir. Bu görüşlərdə biz, təbiidir ki, mədəniyyət,

elmi-tarixi keçmişimiz haqqında çox fikir mübadiləsi aparırıq.

237

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!