21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

6

__________Milli Kitabxana__________

həyata keçirilən tədbirlərin, onların nəticələrinin ümumiləşdirilməsi,

obyektiv qiymətləndirilməsi mühüm elmi və praktik

əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan özünün geostrateji

mövqeyinə görə tarix boyu bir çox böyük dövlətlərin maraqlarının

toqquşduğu siyasət meydanına çevrilmişdir. Belə mürəkkəb,

mənafelərin toqquşduğu ziddiyyətlər meydanı olması

Azərbaycan dövlətinin, xüsusən də müstəqilliyinin ilk illərində,

xarici siyasət fəaliyyətində son dərəcə diqqətli olması zərurətini

doğurmuşdur. Müstəqilliyin bərpasından sonrakı illərdə

Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx

tellərlə bağlı olduğu türk dövlətləri ilə hər hansı formada

yaxınlaşmaq cəhdi, onun xarici siyasətinin dini, etnik təəssübkeşlik

prinsipləri əsasında həyata keçirilməsi və bu əməkdaşlığın

“pantürkizmə”, “panturanizmə” meylli olması haqqında

ittihamlarla müşayiət olunurdu.

Bununla belə, ümumilikdə XX əsrin 90-cı illəri təkcə Azərbaycan

üçün deyil, bütünlükdə türk dünyası üçün əlamətdar

hesab edilə bilər. Belə ki, XX əsrin 90-cı illərinə qədər türk

dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil

edirdi. 90-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində

daha beş türk dövlətinin – Azərbaycan, Qazaxıstan,

Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik qazanması

ilə türk dünyasında gözəçarpacaq bir canlanma başlandı.

Bu mənada XX əsrin 90-cı illəri türk dövlətləri arasında bütün

sahələrdə çoxcəhətli əlaqələrin qurulduğu dövrdür. Bu qarşılıqlı

yaxınlaşma dünyada və xüsusən də, Avropada gedən inteqrasiya

prosesləri ilə üst-üstə düşür və türk xalqlarının həyati

mənafeyindən doğduğuna görə getdikcə daha çox aktuallıq

kəsb edir. Lakin göstərilən dövrdə, bəzən isə hal-hazıra qədər

dünya dövlətlərinin türk dünyasında baş verən hadisələrə münasibəti

birmənalı olmamış, dövlətlərimiz arasında münasibətlərə

bir qədər ehtiyatla yanaşılmışdır. Bu yanaşma təkcə siyasi

dairələrdə, rəsmi səviyyədə deyil, həmçinin elmi araşdırmalarda

da özünü göstərmişdir. Regionda maraqları toqquşan döv-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!