21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

müvafiq tövsiyələr verəcək. Ortaq Komissiya Azərbaycan və

Türkiyədə ən azı ildə bir dəfə toplanacaqdır.

– Mülkiyyət haqlarının qorunması.

Türkiyə Elmi və texnik Araşdırma Kurumu (TÜBİTAK)

başqanı, Prof. Dr. T.Terzioğlu və Azərbaycan Elmlər Akademiyasının

arezidenti akademik, Prof. Dr. E.Salayev tərəfindən

imzalanmış bu sənədin 5 il qüvvədə olması qeyd edilmişdir

(146, s.144).

1992-ci ilin 31 oktyabrında qəbul edilmiş Ankara bəyannaməsi

(146, s.145 -146) bütün türk dünyasına, o cümlədən

Azərbaycan – Türkiyə mədəni əlaqələrinə yeni perspektivlər

təqdim etdi. Türkiyə cümhuriyyətinin Prezidenti Turqut Özal

və Baş nazir Süleyman Dəmirəl, Azərbaycan Respublikasının

Prezidenti Əbülfəz Elçibəy, Qazaxıstan Respublikasının

Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Respublikasının

Prezidenti Əsgər Akayev, Üzbəkistan Respublikasının

Prezidenti İslam Kərimov və Türkmənistan Respublikasının

Prezidenti Saparmurad Niyazov:

Xalqlar arasında ortaq tarix, dil və mədəniyyətdən qaynaqlanan

özəl bağları qeyd edərərk; əlaqələrində qardaşlıq, həmrəylik

və əməkdaşlıq ruhunun hakim olduğunu bildirərək; ölkələri

arasındakı əlaqələri və əməkdaşlığı, müstəqillik, suverenlik,

ərazi bütünlüyünə hörmət, bir-birilərinin daxili işlərinə

qarışmama və bərabərlik prinsipləri üzərində daha da gücləndirməyə

qərarlı olmaq; Birləşmiş Millətlər Təşkilatının məqsəd

və prinsipləri, Helsinki Son Sənədi ilə Avropa Təhlükəsizlik və

Əməkdaşlıq Konfransı prosesində qəbul edilən digər sənədlərdə

ifadəsini tapan əsaslar çərçivəsində Avrasiyada sülh, təhlükəsizlik,

sabitlik və inkişafa birlikdə qoşulma arzu və iradəsi

ilə 30-31 oktyabr 1992-ci il tarixində Ankarada toplanaraq,

ölkələrini maraqlandıran məsələlər, ortaq xüsuslar, regional və

beynəlxalq problemlər haqqında fikir mübadiləsində olmuşlar.

148

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!