21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin

Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk

rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi.

Ankarada aparılan danışıqlardan sonra fevralın 9-da Azərbaycan

Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq

və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni

və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və

hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr

barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və

qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.

Dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı

səfərləri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı ilə

müşayiət olunurdu. 1995-ci il dekabrın 7-9-da Türkiyə prezidenti

Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı

imzalanmış Birgə Bəyanat və iqtisadi əməkdaşlıq haqqında

memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin

və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu

bir daha təsdiq etdi.

İkitərəfli əlaqələrin möhkəmlənməsi və dostluq münasibətlərinin

inkişafı Azərbaycan – Türkiyə əməkdaşlığının əhatə

çərçivəsini genişləndirdi. 1996-cı ildə iki ölkə arasında hərbi,

texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlər

imzalandı (62, s.566-567).

Beləliklə, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərin

normal, sivil, qrşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və tərəfdaşlıq

müstəvi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü

iş apararaq tezliklə müsbət nəticələrə nail oldu. Hər

şeydən əvvəl, region dövlətlərini və beynəlxalq qurumları iki

ölkə arasındakı münasibətlərin əvvəlki dövrdə olduğu kimi sirf

etnik amillər əsasında deyil, iki müstəqil dövlətin beynəlxalq

birgəyaşayış normalarına söykənən qarşılıqlı mənafeyi üzərində

qurulduğuna inandırmaq mümkün oldu. Bu da Azərbaycanın

beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası

qarşısında əlverişli imkanlar açdı (62, s.232).

67

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!