21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

ayırmış, Azərbaycan bu təqaüdlərdən 178-ni istifadə etmişdir

(56, s. 341).

Türkiyədə təhsil alan Azərbaycan tələbələri “Böyük gələcək”

mədəni-maarifçilik (jurnalın redaktoru E.Zeynalovdur və

bu nəşriyyat “Azərbaycan – Türkiyə dostluq Klubu” tərəfindən

maliyyələşdirilir, klubun sədri istefaya çıxmış general M.Özdəkdir)

və “Azərbaycanın səsi” (jurnalın redaktoru S.Verdizadədir,

jurnal Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə malik

olan “Gül-Bayram” ticarət kompaniyası tərəfindən maliyyələşdirilir,

kompaniyanın sədri Gül Bayramdır) adlı jurnal nəşr

etdirirlər.

Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu ilə əlaqədar olan

Türk Tarix Qurumu öz işində Azərbaycana, Qafqaza xüsusi

diqqət verir. XII Türk Tarix Konqresinin işində Azərbaycan

alimləri də iştirak etmiş, bu konqresin işinə aid kitablarda

ölkəmiz haqqında geniş məlumatlar getmişdir. Türk Dil Qurumunun

Türk dünyası ilə əlaqədar hazırladığı 37 kitabın hazırlanmasında

Azərbaycan da iştirak etmişdir. Ayrıca TDQ və

TİKA həmrəyliyi obyekti olan “Müqayisəli türk ləhcələri lüğəti

və türk ləhcələrinin müqayisəli qrammatikalarını hazırlama

layihəsi”ndə Azərbaycanın elm adamları yaxından iştirak

etmişlər və bu layihə Azərbaycan türkcəsini də əhatə edir.

Atatürk Mədəniyyət Mərkəzinin qurduğu Araşdırma Mərkəzləri

arasında Naxçıvan Atatürk Araşdırma Mərkəzi də vardır.

Türkiyə Cümhuriyyətinin yaradıcısı olan böyük Atatürkün

adına verilən “Beynəlxalq Atatürk sülh mükafatı”nın 1999-cu

ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə

verilməsi və 9 mart 2001-ci ildə Azərbaycanın Prezidenti

cənab Heydər Əliyevin, Türk Dünyasının böyük öndərinin

adını daşıyan Azərbaycan Atatürk Mərkəzinin açılması barədə

fərman verməsi, bu mərkəzin fəxri başqanının özü olduğunu

bildirməsi və lazımi çalışmaların qısa müddətdə tamamlanması

tapşırığını verməsi əlaqələrimizin inkişafının canlı təcəssümüdür

(56, s. 342).

25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!