21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

256

__________Milli Kitabxana__________

ədəbiyyatı lisə dərs kitablarının yazıla bilməsi üçün 13 mart

1995-ci il tarixində əlaqəli ölkə təmsilçilərinin iştirakilə yaradılan

komissiyalar çalışmalarını tamamlamışdır. Ölkə ləhcələrinə

tərcümə işləri davam etməkdədir. 1997–1998-ci tədris ili başına

qədər bu əsərlərin tamamlanması və tələbələrin xidmətinə

verilməsi nəzərdə tutulmuşdur. Bu gözəl xidmət nəticə verdikdə

Türk Dünyası uşaqları ortaq ədəbiyyatımızı, ortaq tariximizi

oxuyaraq yetişəcək və ortaq dəyərlərimizi öyrənəcəklər. Latın

əlifbasına keçən respublikalara müxtəlif dərs kitablarının nəşri

yolu ilə dəstək verilməkdədir (154, s.194).

Qurultaylarda təhsil qurumları arasındakı əlaqələrə xüsusi

diqqət yetirilmişdir. Bildirilmişdir ki, Türk Dünyasındakı özəl

və rəsmi təhsil qurumları arasında təsirli və sürəkli bir əməliyyatın

və əməkdaşlığın qurulması və yayılması, məlumat mübadiləsinin

təmini məqsədilə 1995-ci ildə türk respublikalarında

məktəblərlə ölkəmizdəki məktəblər arasında Qardaş Məktəb

tətbiqi başladılmışdır. Bu günə qədər Türkiyədəki 49 məktəb

ilə sözü gedən ölkələrdəki 49 məktəb qardaş məktəb olaraq

bərabərləşdirilmişdir. Bu məktəblər arasındakı yardımlaşmalar,

informasiya mübadiləsi dəsdəklənməkdədir, ancaq maddi

çatışmazlıq səbəbindən qarşılıqlı ziyarətlər gerçəkləşdirilə

bilməmişdir. Təklif olundu ki, təlim-tərbiyə məqsədli səyahətlər

xüsusi güzəştlər edilərək təşviq edilməlidir.

Təhsildə əməkdaşlıq strategiyasına dair isə bildirildi ki,

aşağıdakı məsələlər üzrə: Müəllim yetişdirmə; yerləşdirildikləri

proqramlarda başarısız olan öyrəncilərə məslək-peşə qazandırmaq;

Ölkələrində seçilən tələbələrə Türkiyəyə gəlməmişdən

əvvəl tətbiq olunacaq hazırlıq kursları; Türkiyə türkcəsinin tədrisinin

mənimsədilməsi və s. məsələlərdə proyektlər hazırlanmış

və tələbələr verilən xidmətlərin tanımının yapılması planlaşdırılmışdır

(154, s.195).

Bildirldi ki, tələbə problemləri üzrə: Türk Dünyasından

Türkiyəyə gələn gənclərin təhsillə bağlı olan bu proyekti daha

uğurlu və səmərəli etmək, mövcud durumu və ehtiyacları mü-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!