21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

158

__________Milli Kitabxana__________

İstanbuldakı Fatih Universiteti rəyasət heyətinin üzvləri Dr. Ali

Bayram və Ömer Bağcını, Azərbaycan–Türk Liseyləri Baş

İdarəsinin rəisi Mehmed Mesud Atanı, habelə Bakıdakı Qafqaz

Universitetinin rektoru Prof.Dr. Ahmet Çetin Canı və “Çağ”

Ö.İ.A.Ş.-nin Azərbaycan üzrə prezidenti Adem Öcalı qəbul

etmişdir. Qonaqlar xalqın iradəsi ilə yenidən prezident vəzifəsinə

seçilməsi münasibəti ilə Heydər Əliyevi türk ziyalıları və

rəhbərlik etdikləri qurumların çoxsaylı kollektivləri adından

təbrik etmişlər (17, s.112-115).

1999-cu il 22 martda Hataydakı Mustafa Kamal Universitetinin

Elmi Şurası Türkiyə Cümhuriyyətinə və onun qurucusu

olan Atatürkə olan sevgisinə, Azərbaycan türk dövlətində dünyəvi

və demokratik sistemin qurulması, ölkələrimiz arasında

iqtisadi və mədəni əlaqələrin inkişafı və xalqlarımızın bir-birinə

yaxınlaşması sahəsindəki böyük xidmətlərinə görə Azərbaycan

Respublikasının Prezidenti Heydər Əliyevə sosial elmlər

üzrə fəxri doktor adının verilməsi barədə yekdilliklə

B.30.2.MKÜ.0.70.00.00/17-3-2231 saylı qərarı qəbul etmişdir

(17, s.129).

1999-cu ilin 1 noyabrında Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev və Türkiyənin Prezidenti Süleyman

Dəmirəl yeni dərs ilinin başlanmasına həsr edilmiş təntənəli

mərasimdə iştirak etmək üçün Kocaeli Universitetinə

gəlmişlər. Universitetin professor-müəllim heyəti və tələbələri

tərəfindən hərarətli alqışlarla qarşılanan Azərbaycan Prezidenti

mərasimdə nitq söyləmişdir (17, s.129). Həmin ilin 18 noyabrında

İqtisadiyyat və İdarəetmə fakültəsi dekanlığının təklifinə

əsasən, Süleyman Dəmirəl adına Universitetin Elmi Şurası

Universitetin fəxri doktoru adının verilməsi barədə əsasnaməyə

uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər

Əliyevə beynəlxalq müasibətlər sahəsində fəxri doktor adının

verilməsi barədə yekdilliklə 115/2 saylı qərarı qəbul etmişdir

(17, s.136). 1999-cu ilin 27 noyabrında isə Azərbaycan Respublikasının

Prezidenti Heydər Əliyev öz iqamətgahında –

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!