21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

Mədəni ortaqlaşmanın perspektivləri baxımından elmi

konfransların nəzəri və praktik nəticələri

Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinin inkişaf

etdirilməsi sahəsində səmərəli fəaliyyət göstərilməsində qarşılıqlı

elmi simpozium, seminar və konfransların çox mühüm

əhəmiyyəti olmuşdur. Azərbaycanın müstəqillik əldə etdiyi

ötən illər ərzində bu istiqamətdə bir sıra uğurlu işlər görülmüş,

türkiyəli alimlər Azərbaycanda, azərbaycanlı alimlər isə Türkiyədə

keçirilmiş çoxsaylı elmi tədbirlərdə faydalı iştirakları ilə

Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinin problemlərini

və həlli yollarını birgə aramışlar. Bu baxımdan Azərbaycanda

keçirilmiş ən mütəşəkkil birgə konfranslara nümunə olaraq

AMEA Folklor İnstitutunun ənənəvi xarakter almış “Ortaq türk

keçmişindən ortaq türk gələcəyinə” Beynəlxalq Folklor Elmi

Konfransını göstərə bilərik. Bu konfransın əhəmiyyətindən

bəhs edən AMEA-nın Prezidenti Akademik Mahmud Kərimov

III Uluslararası Folklor Konfransındakı açılış nitqində bildirmişdir

ki, “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” devizi

altında keçirilən Beynəlxalq Folklor Elmi Konfransı artıq

üçüncü dəfədir ki, türk xalqlarının elmi elitasını təmsil edən

alimlərin fikir və mülahizələrini bir araya gətirən Beynəlxalq

elmi tədbir kimi gerçəkləşir. Bu möhtəşəm tədbirin təşəbbüsçüsü

və təşkilatçısı AMEA-nın Folklor İnstitutudur. Konfransın

keçirilməsində məqsəd qloballaşan və çağdaşlaşan

dünyada türk xalqlarının layiq olduqları yeri tutmasında, yeni

dünya düzənində türk humanitar gerçəkliyinin mövqeyinin

müəyyənləşməsində elmi konseptual strategiyanın və proqramın

hazirlanmasıdır. Məlum olduğu kimi çağdaş dünya müxtəlif

siyasi, iqtisadi, mədəni və mənəvi əsaslar üzərində ortaq

bir məxrəcə gəlir, sivilizasiyanın gələcəyini müəyyənləşdirmək

üçün mənəvi resursları bir daha nəzərdən keçirir. Bəşəriyyətin

gələcək inkişafında mənəvi ehtiyatların rolu və funksiyası

bütün xalqlar və millətlərin humanitar elmləri qarşısında böyük

165

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!