21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

tarixli iclasda bir daha təkrar etdi. Mübahisələrə B.Şahtaxtinskinin

çıxışı son qoydu. Yalnız onun çıxışından sonra Kazım

Qarabəkir Paşa geri çəkildi və Moskva müqaviləsi imzalandıqdan

sonra Güney Qafqazda yaranmış yeni şəraitdən xəbərsiz

olduğunu bildirdi. 30 sentyabr tarixli iclasda ümumi müqavilənin

imzalanması barədə razılıq əldə edildi. 1921-ci il oktyabrın

13-də RSFSR-in iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistan

Türkiyə ilə 20 maddədən və 3 əlavədən ibarət Kars müqaviləsini

imzaladılar (5, s. 141).

Müqavilənin birinci maddəsi ilə tərəflər bütün əvvəlki

qeyri-bərabərhüquqlu müqavilələri ləğv edirdilər. İkinci maddəyə

görə Azərbaycan, Gürcüstan və Ermənistan zorla qəbul

etdirilən müqavilələri rədd edirdilər və Türkiyə Millət Məclisinin

qəbul etmədiyi sənədləri qəbul etmirdilər. Üç respublika

1920-ci il 10 avqust tarixli Sevr müqaviləsini qeyri-bərabərhüquqlu

müqavilə kimi rədd edirdi. Üçüncü maddəyə görə üç

respublika Türkiyədəki işğal rejimini rədd edirdi və bunu

xalqların hüquqları ilə bir araya sığmayan sayırdı. Dördüncü

maddə ilə sərhəd məsələləri tənzimlənirdi. Beşinci maddəyə

görə üç Güney Qafqaz respublikası və Türkiyə Naxçıvanın

Azərbaycan tərkibində saxlanılmasına razı olduqlarını bildirirdilər.

Altıncı maddə ilə Türkiyə Batumu Gürcüstana güzəştə

gedirdi. Gürcüstan burada muxtariyyət yaratmalı idi. Yeddinci

maddəyə görə kömrük yumşaldılırdı. Səkkizinci maddəyə görə

Türkiyə və Gürcüstan yaylaq və qışlaqlardan birgə istifadə

etməli idilər. Doqquzuncu maddəyə görə tərəflər Qara dənizin

statusunun hazırlanmasını vacib sayırdılar. Onuncu maddəyə

görə tərəflər öz ərazilərində digərlərinə qarşı yönəldilən qrup

və təşkilatların yerləşdirilməsinə icazə verməmək barədə öhdəlik

götürürdülər. On birinci maddə ailə hüququna və miras məsələlərinə

həsr edilmişdi. Bu məsələlər xüsusi sazişlə həll edilməli

idi. On ikinci maddə ilə tərəflər ərazisində olan digər ölkə

vətəndaşları üçün əlverişli şərait yaratmaq barədə öhdəlik gütürürdülər.

Lakin bu hüqüq tərəflərin müttəfiqlərinin vətəndaşla-

51

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!