21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

182

__________Milli Kitabxana__________

baycan Nazirlər Sovetinin keçmiş sədri Həsən Həsənov görüş

zamanı Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi

və genişləndirilməsi üçün respublikada gedən proseslər

barəsində qonaqlara məlumat verdikdən sonra Türkiyə Respublikası

ilə əlaqələrin get-gedə dərinləşməsi üzərində xüsusi dayanaraq

demişdi ki, xalqlarımız arasında ümumi cəhətlər olduqca

çoxdur, buna görə də həyatımızın ən müxtəlif sahələrində

əməkdaşlıq haqqında Türkiyə ilə Azərbaycan arasında

müqavilələr imzalanması ideyasını Azərbaycan xalqı hər

cəhətdən bəyənmişdir. Söhbət zamanı Azərbaycan ilə Türkiyə

arasında mədəni əlaqələri daha da genişləndirmək məsələlərinə

də toxunulmuşdur. 1990-cı ilin oktyabr ayında Türkiyə yazarlar

sindikatı ilə Azərbaycan yazıçılar birliyi arasında əlaqələr yaradılması

haqqında bakıda həmin təşkilatların rəhbərləri Oktay

Akbal və Anar müqavilə imzalamışlar. Müqavilədə deyilir ki,

bu yaradıcılıq təşkilatları arasında birbaşa əlaqələr yaradılması

Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq və dostluq

münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Türkiyə klassiklərinin və müasir şair və yazıçılarının əsərlərinin

Azərbaycanda və müvafiq surətdə Azərbaycan müəlliflərinin

əsərlərinin Türkiyədə nəşr olunmasına qarşılıqlı surətdə

kömək göstərilməsi planlaşdırılmışdı (76, s. 152).

1990-cı ildə keçirilmiş Beynəlxalq Azərbaycanşünaslıq

Konfransında Azərbaycan EA-nın akademiki Z.M.Bünyadovun,

akademiyanın müxbir üzvü M.Ə.İsmayılovun, BDU-nun

professoru S.Əliyarlının, görkəmli türk alimi F.Kırzıoğlunun

çıxışları öz elmi dərinliyi, əhatə dairəsi ilə konfrans iştirakçılarının

alqışlarına səbəb oldu. Konfransda iştirak edən nümayəndə

heyətinə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi,

görkəmli yazıçı Anar rəhbərlik etdi. Onun 1991-ci il mayın 28-

də ikinci beynəlxalq Azərbaycan konfransını Bakıda keçirmək

barədə təklifi böyük razılıqla qarşılandı. Ümumiyyətlə, elmi

məclisdə Azərbaycan alimlərindən T.Hacıyev, S.Aşurbəyli,

O.Əfəndiyev, C.Qiyasi, A.Məmmədov, R.Şükürova və baş-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!