21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

isə Ermənistanla müqavilə bağlamaq istəklərinə çata bilmədilər.

Türklər hətta Azərbaycanla 7 maddədən ibarət saziş layihəsini

də hazırlamışdılar. Layihəyə görə Şərqi azad etməkdə onlar

birləşməli və qüvvələrini imperializmə qarşı yönəltməli idilər;

Türkiyə Antanta ilə müqavilə bağlayardısa, Azərbaycana

üsyançı dəstələri göndərməli idi. Emissarların maliyyələşdirilməsini

Azərbaycan öz üzərinə götürməli idi; Azərbaycan Şərqdə

milli-azadlıq hərəkatını müdafiə edirdi; lakin əgər əhali

istəyərdisə, yalnız o vaxt sovet quruluşu yaradıla bilərdi; Türkiyənin

razılığı olmadan Azərbaycan Antanta ilə sazişə girə bilməzdi;

Antanta tərəfindən hücum olardısa Türkiyə Azərbaycana

yardım göstərməli idi; Türkiyə (5, s. 137) Şərqdə inqilabi

hərəkat apardığı müddətdə Azərbaycan onu neft və neft

məhsulları ilə təchiz etməli idi. Lakin Bakıdakı söhbətlər

nəticəsiz qaldı.

Ankara hökuməti nümayəndə heyətinin tərkibinə TBMM

Ali Xalq təsərrüfatı komissarı, deputat Yusif Kamal bəy, doktor

Rza Nur bəy və TBMM təhsil komissarı Əli Fuad Paşa daxil

idilər. Fevralın 26-da başlayan danışıqlar nəticəsində “Dostluq

və qardaşlıq haqqında” RSFSR – Türkiyə müqaviləsi 1921-

ci il martın 16-da 16 maddədən və 2 əlavədən ibarət imzalandı.

Onu Rusiya tərəfindən G.Çiçerin və Camal Qorxmazov imzaladılar.

RSFSR Mərkəzi İcraiyyə Komitəsi 1921-ci il iyulun

20-də, TBMM isə həmin ilin iyulun 31-də müqaviləni təsdiq

etdi və retifikasiya sənədləri sentyabrın 22-də Karsda mübadilə

edildi. Müqavilənin imzalanmasının böyük əhəmiyyəti var idi.

Hər şeydən əvvəl, müqavilə iki ölkə arasında anlaşılmazlıqları

aradan qaldırdı. İkincisi, müqavilə bolşevik Rusiyasını və

Türkiyə düşmənləri olan Antanta ölkələrinə qarşı sıx ittifaqda

birləşdirdi. Türkiyə işğal rejimini ləğv etməkdə, Rusiya isə

yeni-bolşevik rejimini tanimamaq siyasətinə son qoymaqda

müttəfiqə çevrildilər. Üçüncüsü, müqavilə qismən də olsa

Azərbaycanın ərazi bütövlüyünü qorudu və Naxçıvanın ərazi

mənsubiyyəti məsələsinə aydınlıq gətirdi.

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!